Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

Avtomobillərin SIĞORTA TARİFLƏRİ artırılır – Problem KİMDƏDİR? 

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev yerli mətbuata açıqlamasında avtomobillərin icbari sığortası ilə bağlı yeni mexanizmin işlənib hazırlandığını qeyd edib.

Belə ki, yeni metodun tədbiqindən sonra nəqliyyat vasitələri sığortalanarkən risk faktoru əsas götürüləcək. Yəni, sürücülərin qəza tarixçəsinə uyğun olaraq sığorta tarifləri müəyyənləşdirəcək və tez-tez qəzalar törədən sürücülər daha yüksək məbləğ ödəməklə avtomobillərini sığorta etdirə biləcəklər.

Digər tərəfdən, bir müddətdir ki, qəza riski yüksək olaraq qiymətləndirilən avtomobillərin sıoğrtalanmasına sığorta şirkətləri tərəfindən süni manelərin yaradıldığı da sürücülər tərəfindən qeyd olunurdu.

“Bu çox aktual bir məsələdir. Əslində, məsələni bu qədər qabarıq şəkildə ortaya çıxarmağa da ehtiyac yox idi. Çünki bir müddətdir, sığortaçılar qəza riski yüksək olan avtomobillərin sığortalanması ilə bağlı problem yaradırdı”, – deyə mövzunu Bizim.Media üçün şərh edən nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

Ekspertin sözlərinə görə, təəssüf ki, sığortaçılar sistemə elə müdaxilə edirlər ki, onlayn qaydada sığorta talonu almaq istəyənlərə sistemin işləmədiyi bildirilir:

“Bu zaman isə sual yaranırdı ki, digərləri üçün sistem çalışır, amma bu maşınlar üçün yox? Məlum olur ki, sistemə qəsdən müdaxilə edilir. İcbari sığortalar haqqında qanunun 23-cü maddəsinə əsasən isə istənilən vətəndaş müraciət etdikdə bu məsələ öz həllini tapmalıdır və heç kim buna mane ola bilməz. Amma bunlar öz xeyirlərini güdüb, ziyana düşməmək üçün belə bir metoda gedirlər. İndi də açıqlama verirlər ki, qiyməti artıracağıq”.

Elməddin Muradlı qiymət artımın labüdlüyünü də diqqətə çatdırıb:

“Qoy qəza törədən sürücülər artıq məsuliyyətlərini dərk etsinlər. Biri sığorta haqqı ödəyib, heç bir qəza törətmir, bu malus (əlavə ödəniş) sisteminə yox, bonus sisteminə düşür. Gələcəkdə bu cür sürücülərin sığorta tarifi daha aşağı hesablana bilər. Malus sistemində isə qəza riski olan avtomobillər, sürücülər nəzərə alınmalıdır. Mərkəzi sistemdə qeydiyyat aparılır, sığorta tarixçələrinə baxılır və əlbəttə qəza çox olanda tarifi də yuxarı hesablamaq olar”. 

Ekspert sözügedən metodun bir çox ölkələrdə tətbiq olunduğunu da qeyd edib:

“Sadəcə bizdə məsələ dolayı yolla gündəmə gətirilib. Belə yanaşma doğru deyil. Əgər sığorta tarifləri ilə bağlı dəyişiklik etmək istəyirdilərsə, bunu əvvəldən deməli idilər. Bunu hamı normal qarşılayardı. Çünki maşını 50 manata sığortalayırlar və ayda bir hadisə törədib, sığorta şirkətinə 3-5 min manat zərər vururlar. Belə sürücülər riskli sürücü kimi qəbul oluna bilər”.
Elməddin Muradlının sözlərinə görə, problem avtomobillərdə yox, sürücülərdədir:

“Ola bilər ki, “x” modeli sırf taksiyə gedir. Məsələn, London taksiləri. Lakin “Toyota Prius”ları şəxsi məqsədlər üçün istifadə edənlər də var. “Kia Rio”, “Hyundai Accent”, “Mercedes C-klass” kimi avtmobillər də bu siyahıya daxildir ki, onları qara siyahıya salmaq olmaz. Ona görə də, sığorta tarifləri məhz sürücülərə uyğun müəyyən edilməlidir”.

Murad Əhmədov, Bizim.Media 

Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

Salam men Aliyev Sakit Zeynal oğlu 22.04.2022 ci il tarixinde seher saatlarında saat 9 radelerinde etibarnameyle Atam Alıyev Zeynal Eziz oğluna mexsus olan 21 BE 101 qeydiyat nisanli hunday sanada afdamabilini idara ederken 04 markalı afdamabil yoluma çıxaraq afdamabilimi vurdu…

27 Aprel 2022
0

Mersedes c180 1998 masinin nom 90 BK 433 06.03.2022 ci ildə maşını arxadan vurdu. vuran avtomobilin sığortası atasigortadi. Masinin deyis zərbələri arxa sağ stop tamamilə yararsız vəziyyətə düşüb baqaj çöldən əzilmiş və qırışlar dusmus bufer və sağ krel duzelmelidir. Kapot…

07 Aprel 2022
0

Masinma deymiş ziyani duzgun hesblamilar ve masinmi servzdede duzetmilee

29 Mart 2022
0

Daha çox şikayət görmək üçün daxil ol

referfrefref

“Restoranlarda eşşək ətindən istifadə olunur” – Mütəxəssisdən ŞOK AÇIQLAMA

1668174836_14

“Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”

1664264900_1664264242_pp

Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

4683437

Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

baktelekom1660161428

SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

6ba7bca6-3da1-4b9b-9226-890890960ecejpg-1658829188

Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

azerlotereyanin-xalqdan-yigdigi-pullar-niderlandda-ofshora-dashinir-shok-guninfo_net

“Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT

1657699071_benzin

Daha bir benzin markasının qiyməti bahalaşdı – RƏSMİ

1657282117_62c81d5d99b3762c81d5d99b38165728188562c81d5d99b3562c81d5d99b36

MİDA-dan ev alanların nəzərinə! – Nəticələr ləğv edildi, həbs edilənlər var

0825c029-832f-4afd-b437-f8b6f9fa3726

“Atatürk” parkında içdiyi çayın qiyməti müştəriyə ŞOK yaşatdı – FOTO