Apple itmiş və ya oğurlanmış iPhone-ların rəsmi təmirlərini qadağan edəcək
Mart 30, 2022
Macrumors saytının jurnalistləri bu məsələ ilə bağlı sənədləri əldə ediblər. Əldə edilmiş sənədlərdə qeyd edilib ki, şirkət şübhəli keçmişi olan cihazların təmir edilməsi prosesindən imtina etməyi planlaşdırır. Hətta əgər cihaz əvvəlki istifadəçi tərəfindən bloklanmayıbsa da şirkət təmir xidmətinin göstərilməsindən imtina edəcək. Verilmiş məlumata əsasən Apple şirkətinin mağazaları və servis mərkəzləri təmir üçün nəzərdə tutulmuş cihazların itmiş cihazlar reyestrində yoxlanılmasını reallaşdıracaqlar. Əgər texniki mütəxəssis bu və ya digər cihazın itmiş və ya oğurlanmış olduğunu təyin etsə, o, həmin cihazın təmir edilməsindən imtina edəcək.
Məlumata əsasən iPhone-nun bloklaşdırılmasından fərqli olaraq bu yeni strategiya smarfonu seriya nömrəsi vasitəsilə yoxlamaq imkanını verir. Beləliklə əgər cihazın əvvəlki sahibi onu bloklamasa da cihazın itmiş və ya oğurlanmış olduğunu təyin etmək mümkün olacaq. Bunun üçün nəzərdə tutulmuş GSMA reyestri qlobal məlumatar bazası rolunda çıxış edir və o, bəzi ölkələrdə aktivdir. Apple cihazlarının təmiri üzrə bu yeni qərarın nə zaman qüvvəyə minəcəyi barəsində məlumat yoxdur. Gözləntilərə əsasən şirkətin rəsmi mağazaları ilə servis mərkəzləri yaxın zaman ərzində bu məsələ ilə bağlı bildiriş əldə edəcəklər.
Baku Electronicsdən şirə çəkən maşın aldım bir neçə aydan sonra detalını sındırdım.Heç yerdə həmin detalı tapa bilmədim və təmir olunmadı baku electronicsdə isə həmin detal olmadı başqa yerə yönləndirdilər qısası tapılmadı.Mən yenidən həmin şirə çəkən maşını sifariş vermişəm hər gün…
Men bir telefon aldim redmi 9 xarab cixdi qaytardim helede kreditin oduyurem ikinci telefon redmi 9 bir ay kecmiyim mikrafon iwdemir sesim getmr qarşı terefe
Malı satmaq və aradan çıxmaq, kondinsionerin quraşdırılması zamanı razılaşdırılmış qiymətdən əlavə olaraq ödənişin tələb edilməsi, şikayətlərin cavablandırılmaması və müştəri təmsilçilərinin ilə əlaqə qurmaq mümkün olmur, geri qaytarılmış məhsulun ödenişini gecikdirir və təcrübəsiz kadrlar sualları cavablandıra bilmir.