Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

AÇIQ MİKROFON” AKSİYASI ÇƏRÇİVƏSİNDƏ SAHİBKARLARLA GÖRÜŞLƏR DAVAM EDİR

“Biz xidmət təşkilatıyıq, buna görə də əsas vəzifəmiz vətəndaşların xidmətində durmaq, abonentləri fasiləsiz təbii qazla təmin etməkdir”. Bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov sahibkarlarla təşkil olunan növbəti “Açıq mikrofon” aksiyası zamanı bildirib. Şöbə rəisi aksiya çərçivəsində sahibkarlarla sayca 23-cü dəfə təşkil olunan görüşdə həm sahibkarları, həm də “Səyyar qəbul otağı”na üz tutan sakinləri fəal iştirak etməyə, problemlərini rahat şəkildə səsləndirməyə çağırıb. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Raqub İsbəndiyarov istehlak etdiyi təbii qaza görə yaranan debitor borcun bir hissəsini ödəməklə qaz təchizatının bərpa olunmasını Birliyin rəhbər şəxslərindən xahiş edib. Çörək istehsalı ilə məşğul olan Zaur Bayramov çörək sexini təbii qazla təmin edən qaz xəttinin mənbəyinin yerinin dəyişdirilməsini xahiş edib. Bundan əlavə digər sahibkarlıq subyektləri istehlak olunan təbii qazın qiymətində onlara köməklik olunmasını istəyiblər. Birliyin məsul şəxsləri daxil olan bu müraciətlə bağlı izahat verərək, təbii qazın qiymətinin tənzimlənməsinin “Azəriqaz” İB-nin səlahiyyətləri xaricində olduğunu vurğulayıblar. Bildirilib ki, təbii qazın tarifinin müəyyən olunması Tarif (qiymət) Şurası tərəfindən həyata keçirilir. Sahibkarlarla yanaşı, aksiyaya üz tutan sakinlər istehlak etdikləri mavi yanacağa görə yaranan borcu ödəməkdə çətinlik çəkdiklərini bildirərək sonradan ödənişli sayğacın (mexaniki tipli), əvvəlcədən ödənişli sayğac (smart-kart tipli) ilə əvəz olunmasını xahiş ediblər. Ünvanlanan bir sıra müraciətlər yerindəcə həllini tapıb. Digər müraciətlərin araşdırılması, nəzarətə götürülməsi ilə bağlı tapşırıq verilib. Görüşdə Birliyin rəhbər şəxsləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər.Qeyd edək ki, bu gün Bərdə rayonunda “Açıq mikrofon” aksiyası çərçivəsində təşkil olunan görüş ümumilikdə sayca 47-ci görüşdür.

Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

Daha çox şikayət görmək üçün daxil ol

kolbasa1677517805

Bu kolbasa müəssisəsinin fəaliyyəti dayandırıldı – SİYAHI

1661243893_46

Kiloqramı 11 manat olan ətdən “hazırlanan” sosislər 4 manata necə satılır? – Mümkündürmü?

328685869_6267237373307259_8944740975891313284_n

Instagram’da Frildaqçılar: Insanlar saxta vədlərlə aldadılır

referfrefref

“Restoranlarda eşşək ətindən istifadə olunur” – Mütəxəssisdən ŞOK AÇIQLAMA

1668174836_14

“Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”

1664264900_1664264242_pp

Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

4683437

Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

baktelekom1660161428

SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

6ba7bca6-3da1-4b9b-9226-890890960ecejpg-1658829188

Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

azerlotereyanin-xalqdan-yigdigi-pullar-niderlandda-ofshora-dashinir-shok-guninfo_net

“Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT