2 manat borca görə də qaz kəsilə bilər- “Azəriqaz” xəbərdarlıq etdi
May 27, 2022
“Son dörd ay ərzində “104” qaynar xəttinə 418 602 müraciət daxil olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 424 müraciət azdır”.
Bu sözləri “Azəriqaz” İB-nin “104” Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək bu gün “Facebook”da canlı yayımda deyib. O bildirib ki, müraciətlərin 30 518-i qaz təzyiqi ilə bağlı olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 40 922 müraciət azdır:
“Qaz sızmaları il bağlı 19 639 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2531 müraciət azdır. Qaz sayğacları ilə bağlı daxil olan müraciətlərin sayı isə 162 685 olub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 476 müraciət çoxdur. “Qaz yoxdur” deyə daxil olan müraciətlərin sayı isə 21 744 olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5707 müraciət azdır. “Qaz yoxdur” müraciətlərinin 10 252-si qaz sərfiyyatına görə borcunu ödəməyən abonentlərdir ki, onların qaz təchizatı dayandırılıb. Həmin abonentlərin borcu cari ilin yanvar ayından yığılıb və aybaay sərfiyyata müvafiq olaraq ödəniş həyata keçirilməyib. Bu abonentlər bunu bilə-bilə “qaz yoxdur” kimi müraciətlər ediblər”.
Göründüyü kimi “qaz yoxdur” tipli müraciətlərin yarısı məhz borcla bağlı olub.
Ümumiyyətlə, nə qədər borc olduqda qaz kəsilir?
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Cebhe.info-ya bildirdi ki, burada məbləğdən söhbət getmir:
“Hər ayın tamamında abonentə bildiriş verilir. Əgər 1 ay müddətində həmin bildirişdə göstərilən məbləği abonent ödəmirsə, növbəti bildiriş göndərilir. Həmin bildirişdə yazılır: “Hörmətli abonent, sizin filan qədər borcunuz, bu borcun ödənilməsi üçün 30 gün müddətiniz var. Əks təqdirdə sizə verilən təbii qazın verilişi dayandırılacaq”. O bildirişdə də göstərilir, eyni zamanda borcu olanda da təkrar ikinci dəfə göndərilir və bəzi hallarda vətəndaşa möhlət verilir. Həmin müddətdə ödənilmədiyində abonentin qazı qanunamüvafiq şəkildə kəsilir. Abonentin borcu 2 manat, yaxud 100 manat da ola bilər. Həmin 30 gün müddətində abonent o borcu ödəməyə borcludur. O ödənilməsə, Nazirlər Kabinetinin 80 saylı qərarına əsasən biz abonentin qazını dayandıra bilirik”.
işe yaramaz ve özlerini nese önemli bir şey hiss eden metro securitysinin ne vaxt da gedirsen get üzlerinden zehirmar yagir .Çox teessuf ki gune onlarin zehirmar sifetile başliyiriq ve işe de ,gedeceyimiz yere de ele neqativ gedirik .Ozunuze bir çeki…
29.10.24 tarixində EQ24404132 nömrəli protokol maşınına səhf gəlib Nömrədə 99SF702 nömrəli maşındır mənim maşınım isə 99SE702 dir. MÜRACİƏT ETSƏ DƏ ZENGLE MÜRACİƏTƏ BAXILMAYIB.
Gəncə Şəhər Sadıllı qəsəbəsi Rəmziyyə veysəlova küçəsində su borusu deşilib düz yolun ortasında bütün su götürüb küçəni 3 aydır belədir vəziyət gəlib təmir etmirlər artıq asfalt qatı belə çökməyə başlayıb bizim küçədən axan su bir neçə küçənidə gölməçə eliyir 3…
Salam. 20 yanvar dairəsində Azərsuyun qarşısında 3 saniyə dayanaraq maşından enmədən dostumu yoldan götürərkən cərimə edilmişəm. Xahiş edirəm cərimənin ləğv ediləsinə köməklik edəsimiz.