Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

2 manat borca görə də qaz kəsilə bilər- “Azəriqaz” xəbərdarlıq etdi

2 manat borca görə də qaz kəsilə bilər- “Azəriqaz” xəbərdarlıq etdi

“Son dörd ay ərzində “104” qaynar xəttinə 418 602 müraciət daxil olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 424 müraciət azdır”. 

Bu sözləri “Azəriqaz” İB-nin “104” Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək bu gün “Facebook”da canlı yayımda deyib. O bildirib ki, müraciətlərin 30 518-i qaz təzyiqi ilə bağlı olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 40 922 müraciət azdır: 

“Qaz sızmaları il bağlı 19 639 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2531 müraciət azdır. Qaz sayğacları ilə bağlı daxil olan müraciətlərin sayı isə 162 685 olub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 476 müraciət çoxdur. “Qaz yoxdur” deyə daxil olan müraciətlərin sayı isə 21 744 olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5707 müraciət azdır. “Qaz yoxdur” müraciətlərinin 10 252-si qaz sərfiyyatına görə borcunu ödəməyən abonentlərdir ki, onların qaz təchizatı dayandırılıb. Həmin abonentlərin borcu cari ilin yanvar ayından yığılıb və aybaay sərfiyyata müvafiq olaraq ödəniş həyata keçirilməyib. Bu abonentlər bunu bilə-bilə “qaz yoxdur” kimi müraciətlər ediblər”.

Göründüyü kimi “qaz yoxdur” tipli müraciətlərin yarısı məhz borcla bağlı olub. 

Ümumiyyətlə, nə qədər borc olduqda qaz kəsilir? 

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Cebhe.info-ya bildirdi ki, burada məbləğdən söhbət getmir:

“Hər ayın tamamında abonentə bildiriş verilir. Əgər 1 ay müddətində həmin bildirişdə göstərilən məbləği abonent ödəmirsə, növbəti bildiriş göndərilir. Həmin bildirişdə yazılır: “Hörmətli abonent, sizin filan qədər borcunuz, bu borcun ödənilməsi üçün 30 gün müddətiniz var. Əks təqdirdə sizə verilən təbii qazın verilişi dayandırılacaq”. O bildirişdə də göstərilir, eyni zamanda borcu olanda da təkrar ikinci dəfə göndərilir və bəzi hallarda vətəndaşa möhlət verilir. Həmin müddətdə ödənilmədiyində abonentin qazı qanunamüvafiq şəkildə kəsilir. Abonentin borcu 2 manat, yaxud 100 manat da ola bilər. Həmin 30 gün müddətində abonent o borcu ödəməyə borcludur. O ödənilməsə, Nazirlər Kabinetinin 80 saylı qərarına əsasən biz abonentin qazını dayandıra bilirik”. 

Nigar Abdullayeva
Cebhe.info

Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

hər səhər 20 yanvar ərazisindən hökməli dairəsi istiqamətinə 114A və ya 114B avtobuslarından istifadə edirəm,avtobusun çox gec gəlməyi bir yana,gəldiyi zaman saxlamadan sürüb getmə halları çox olur,hər dayanacaqda heç olmasa saxlaması daha məqsədə uyğundur

06 Yanvar 2025
0

Bu marşruta illerdi minirem ve gördüyüm qədərile en terbiyesiz şofer kimdise buna seçirlər. Qaça qaça da olsa gelirem görür qabağındayam el edirem gülür üzüme qapını bağlayır sürür el eliyir. Tərbiyəsiz insanlardı. Defelerle şikayet etmişem. Heç kimin vecine deyil.bu terbiyesizlere axır…

05 Yanvar 2025
0

6 sayli avtobus xettinden naraziiyiq . Umumen her kes . Inqilabda 1 saatdan 1 avtobus kecir ya yox . Xususen saat 6da daha chox sixliq olan zamanlarda xetti artirmaq evezine azaldirLAR ELE BIL . 1 saat merkezde avtobus gozlemek olar…

14Dekabr tarixində Azerpoçt Ekspresslə paltar göndərmişəm. Bu gün artıq Dekabrın 25-dir və paltar hələ də ünvana çatmayıb. Halbuki ekspress şöbəsi 3-5gün ərzində çatdıralacağını bildirmişdi. Bu qədər gec çatacaqdısa niyə ekspress-ə müraciət edib, əlavə ödəniş etmişəm? Hər halda ekspress-ə müraciət olumubsa…

25 Dekabr 2024
0

Daha çox şikayət görmək üçün daxil ol

kolbasa1677517805

Bu kolbasa müəssisəsinin fəaliyyəti dayandırıldı – SİYAHI

1661243893_46

Kiloqramı 11 manat olan ətdən “hazırlanan” sosislər 4 manata necə satılır? – Mümkündürmü?

328685869_6267237373307259_8944740975891313284_n

Instagram’da Frildaqçılar: Insanlar saxta vədlərlə aldadılır

referfrefref

“Restoranlarda eşşək ətindən istifadə olunur” – Mütəxəssisdən ŞOK AÇIQLAMA

1668174836_14

“Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”

1664264900_1664264242_pp

Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

4683437

Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

baktelekom1660161428

SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

6ba7bca6-3da1-4b9b-9226-890890960ecejpg-1658829188

Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

azerlotereyanin-xalqdan-yigdigi-pullar-niderlandda-ofshora-dashinir-shok-guninfo_net

“Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT