Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən şəhid Zaur Qurbanovun adını daşıyan Mədəniyyət evi baxımsız haldadır.
Xezerxeber.az-ın məlumatına görə, mədəniyyət evinin döşəmələri sökülüb, tavanı isə uçub.
Sakinlər deyirlər ki, qəsəbənin yeganə mədəniyyət evi illərdir baxımsız vəziyyətdə qalıb.
Mədəiyyət evi ilə yanaşı onun qarşısında yerləşən, Nəriman Nərimanovun adını daşıyan 2,5 hektarlıq park da uzun müddətdir eyni aqibəti yaşayır.
Məsələ ilə bağlı qəsəbə bələdiyyəsinə getdik. Bələdiyyə sədri Azad Musayev bildirdi ki, Mədəniyyət evi və park “Azərbaycan Dəmir Yolları” QSC-nin balansındadır. Sözügedən məkanların abadlaşdırılması üçün aidiyyəti üzrə müraciət edilib.
Mədəniyyət evi və parkın nə zaman abadlaşdırılacağını dəqiqləşdirmək üçün Azərbaycan Dəmir Yolları” QSC ilə də əlaqə saxladıq. Qurum məsələyə münasibət bildirməkdən imtina etdi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: