Counterpoint Research şirkətinin verdiyi məlumata əsasən bu ilin birinci rübündə Xiaomi şirkəti öz tarixində əhəmiyyətli bir nailiyyəti əldə edib. Belə ki, onun smartfonlarının aktiv istifadəçi sayı 500 milyon insanı keçib. Bununla da Xiaomi dünya liderləri olan Apple ilə Samsung şirkətlərinin sahib olduqları eyni səviyyəyə yüksəlib. Son illərdə Xiaomi büdcəli smartfonların regional istehsalçısından premium smartfonlar bazarında ciddi mövqelərə sahib qlobal şirkətə çevrilib. Regional bazarlarda çox yaxşı tanınmasına […]
Blog source: Technote
Bir neçə aydan sonra Whatsapp-ın bəzi köhnə iPhone modellərində dəstəyi dayandırılacaq
Bir neçə aydan sonra iOS 10 və iOS 11 vasitəsilə çalışan bəzi köhnə iPhone modellərində Whatsapp-ın dəstəyi dayandırılacaq. İnsayderlər tərəfindən təqdim edilmiş screenshot-da iOS 10 və iOS 11 vasitəsilə çalışan köhnə iPhone modellərində Whatsapp-ın dəstəyinin 24 oktyabr tarixində dayandırılacağı qeyd edilib. Bu məlumatın doğruluğuna işarə edən daha bir sübut da ondan ibarətdir ki, Whatsapp-ın saytında ən çox verilən suallar bölməsində messencerdən istifadə üçün […]
Samsung-un Galaxy məhsullarının istifadəçiləri öz cihazlarını fərdi şəkildə təmir edə biləcəklər
Samsung şirkəti iFixit saytı (cihazların təmiri sahəsində fəaliyyət göstərən məşhur sayt) ilə birlikdə istifadəçilər üçün yeni xidməti təqdim edib və həmin xidmət çərçivəsində istifadəçilər fərdi şəkildə Galaxy cihazlarını təmir edə biləcəklər. Məşhur iFixit saytı ilə əməkdaşlıq çərçivəsində Samsung şirkəti istifadəçilər üçün təmir üzrə lazımi komponentləri, detalları və təlimatları təqdim edəcək. Sözügedən xidmətin ilkin mərhələsinə Galaxy S20, S21 smartfonları və Tab S7 Plus planşeti daxil olacaq. Beləliklə sözügedən […]
Gündəlik işlərinizə icraçı tapa biləcəyiniz yerli platforma – AZDO.AZ
Bir müddətdir Azərbaycanda fəaliyyətə başlayan onlayn xidmətlər bazarı platforması azdo.az 3000-dən çox tapşırıq icraçısını platformada birləşdirə bilib. Platformanın çalışma məntiqi Azərbaycandan olan bir çox xidmət icraçısını onlayn formada vahid bazada toplamaq, daha sonra həmin şəxslərin xidmətlərinin təklifi ilə icraçılara öz işlərinə uyğun namizədləri optimal qiymətə tapmağa kömək etməkdir. Azdo.az platformasında sifarişçi şəxslər təmir xidmətləri, kompüter həlləri, dil öyrənmə, dayə […]
Google Play Store-dakı bəzi tətbiqlər istifadəçi məlumatlarını ABŞ-ın xüsusi orqanlarına göndərirmişlər
Google Play Store-da zərərli tətbiqlərin olma faktı artıq heç kimi təəccübləndirmir. Lakin adətən zərərli proqram təminatlarının yayılması ilə hackerlər, dələduzlar qrupu və s. şəxslər məşğul olurlar. The Wall Street Journal-ın verdiyi məlumata əsasən bu siyahıya həmçinin ABŞ-ın xüsusi dövlət orqanları da daxil olublar. Verilmiş məlumata əsasən bəzi tətbiqlərə inteqrasiya edilmiş SDK (Software Development Kit) istifadəçi məlumatlarını ABŞ-ın kəşfiyyat cəmiyyəti ilə çalışan podratçılardan (öz […]
Ən yüksək radiotezlikli şüalanmaya sahib smartfonların reytinqi tərtib olunub
BanklessTimes nəşriyyatı ən yüksək radizotezlikli şüalanmaya sahib mobil cihazların reytinqini tərtib edib. Tərtib edilmiş reytinqə müxtəlif brendlərə sahib 10 smartfon daxil olub. Bununla belə reytinqdə olan cihazların 1/3 hissəsi Google şirkətinə məxsusdur. Beləliklə tərtib edilmiş reytinqdə birinci yeri Motorola Edge smartfon modeli tutub. Bu smartfonun SAR (elektromaqnit enerjisinin udma əmsalı) göstəricisi 1.79 vatt/kq təşkil edir. Bu göstərici isə ABŞ-ın FDA adlı nizamlayıcı orqanı tərəfindən təyin edilmiş 1.6 vatt/kq göstəricidən daha yüksəkdir. […]
Geekbench: ‘Xiaomi mobil oyunlar zamanı öz smartfonlarının performanslarını aşağı salır’
Məşhur Geekbench bençmark saytının təmsilçilərindən biri Xiaomi Mi 11 smartfon modelinin qeyri-adi test nəticələrini təqdim edib. Məsələ burasındadır ki, smartfonun adi test nəticələri normaldır. Lakin test çərçivəsində mobil oyunları işə salan zaman smartfonun performans göstəriciləri nəzərə çarpacaq dərəcədə aşağı düşüb. Geekbench bençmark saytının yaradıcılarından biri olan John Poole öz Twtter hesabında bildirib ki, Xiaomi şirkəti müəyyən tətbiqlərin işə salınması zamanı smartfonlarının performanslarını aşağı […]
Apple itmiş və ya oğurlanmış iPhone-ların rəsmi təmirlərini qadağan edəcək
Macrumors saytının jurnalistləri bu məsələ ilə bağlı sənədləri əldə ediblər. Əldə edilmiş sənədlərdə qeyd edilib ki, şirkət şübhəli keçmişi olan cihazların təmir edilməsi prosesindən imtina etməyi planlaşdırır. Hətta əgər cihaz əvvəlki istifadəçi tərəfindən bloklanmayıbsa da şirkət təmir xidmətinin göstərilməsindən imtina edəcək. Verilmiş məlumata əsasən Apple şirkətinin mağazaları və servis mərkəzləri təmir üçün nəzərdə tutulmuş cihazların itmiş […]
Orta büdcəli yeni Redmi 10C smartfonu təqdim edilib – QİYMƏTİ
Redmi brendi Redmi 10 smartfon seriyasını yeni model ilə genişləndirib. Belə ki, Redmi 10C smartfonu təqdim edilib. Arxa panelin diqqət çəkən dizayn ilə birlikdə sözügedən smartfon Snapdragon prosessorunu, 50 MP-lik əsas kameranı və böyük həcmli batareyanı əldə edib. Redmi 10C smartfonu Full HD+ keyfiyyətli 6.71 düym IPS ekrana sahibdir. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası […]
Huwei öz smartfonlarına 5G dəstəyini qeyri-adi üsul ilə geri qaytara bilər
Huawei şirkətinin yeni smartfonları yalnız LTE modemlər ilə təchiz olunurlar. Lakin insayderlərin verdikləri məlumata əsasən şirkət öz cihazlarında 5G dəstəyini qeyri-adi üsullar vasitəsilə bərpasını nəzərdən keçirdir. Çox güman ki, şirkət 5G şəbəkəsini dəstəkləyən texnologiyaları smartfonlar üçün nəzərdə tutulmuş xüsusi aksesuarlara inteqrasiya edə bilər. Bu cür aksesuarlara misal olaraq smartfon keyslərini gətirmək olar. Verilmiş məlumata əsasən Huawei şirkətinin indiki və gələcəkdəki smartfonları […]