Şikayətim artıq son zamanlarda şikayəti adi hal kimi qəbul edən, abonentlərinə qarşı sərt və səhv siyasət yürüdən Bakcell şirkətindəndi.
May ayından onların "Evdə wi-fi" kompaniyasının abonentiyəm. 100 azn ödənişlə router aparatı və 4 aylıq internet vermişdilər. Buraya facebook və instagram limitsiz +60 gb internet daxil idi. Şəbəkə olmuyan ərazilərdə belə həqiqətən çox keyfiyyətli şəkildə bu aparat vasitəsilə internet tuturdu, istifadə edirdim və razı qalmışdım. O qədər razı qalmışdım ki, mənim kimi ərazilərdə qalıb internetdən istifadə edə bilməyənlər üçün bu interneti təşkil etmək qərarına gəldim və hətta satıcıya bir xeyli müştərilər tapdım. Bu əməkdaşlığım elə həmin satıcı daxil olmaqla 70-dən çox işçini işdən xaric etməyə qədər davam etdi. Bu hadisə sentyabr ayında oldu. Belə ki, hörmətli @Bakcell aparatı 99 azn.ə + cəmi 20 gb interneti 20 azn qiymətinə etdilər və əvvəl bu xidməti satan agentlərini də işdən xaric etdilər. Onsuzda bu şərtlə heç bir satış da etmək mümkün deyildi əvvəki kimi.
Paket dəyişsə də amma köhnə qayda ilə alanlar elə köhnə qaydayla da istifaə edə bilirdi. Taki bu qanqaraldıcı mesaj gəlməyənə kimi. Dərhal 555 müştəri xidmətləriylə əlaqə yaratdım. Belə bildirildi ki, Artıq 25 azn paketlə instagram və facebook limitsiz+60 gb deyil, müqaviləni yeniləyərək 20 azn 20 gb şərtlə olduğunu bildirdilər.
Təbii ki, birdən-birə o cür şərtə düşmək on minlərlə bu kampaniyadan yararlanıb internet istifadə edən kimsəyə sərf etməz...
@bakcell abonentlərinə qarşı bu cür sərt siyasətlə nəyə nail olmaq istıyirsiz axı? Soruşanda da sizə çox səhv formada təlim edilmiş "biz keyfiyyəti yüksəltməyə görə belə edirik" tipli şablon və düzgün olmayan cavab verirsiz. Nədən razı olmasaq da amma bu apararın sayəsində hətta şəbəkə olmuyan ərazilərdə belə verilən şəbəkədən razı idik axı. Mütləq o dediyiniz "bazar qiymətinə uyğunlaşdırdıq" etməliydiz?! Bir dəfə bizim bazara yox, dünya bazarına göz gəzdirin ki, internet qiymətləri necə də ucuzlaşır, bu cür fantastik artmır..
P.S. yay aylarında yaşadığım ərazidə @bakcell-in şəbəkə zəifliyinə görə 4 ildir müxtəlif dərəcədə müraciətlər etməyimə baxmayaraq düzəlməməyi haqq da yazı yazmışdım burda və nümayəndələri mənə zəng edib xahiş edərək bildirdilər ki, burdakı yazımı silim çünki il sonuna qədər düzəldəcəklər. Hələ də düzəlməyib, il sonu tamam olsun, onun üçün də ayrıca post açacam.
@bakcell Əmin olun ki, bu yazını taki düzəlməyənə qədər silməyəcəm. Zəng edərək quru vədlər verməyə cəhd də belə etməyin.