Salam. Saat 8 dən sonra 49 nömrəli avtobuslar düzgün işləmir. 40 dəqiqədən bir gəlmələrinə baxmayaraq avtobusun işıqlarını söndürüb qapını açmadan gedirlər. 26 noyabr tarixində 3 dənə 49 saylı avtobus keçdi. 1. si,ümumiyyətlə,saxlamadı. 2. si saxladı,amma qapını açmadı,sərnişini düşürddü dəvam elədi,hər ikisinin işıqı sönlü idi. 3. sü isə işıqları yanlı idi,gəlib saxladı minəndə dedi ki, mən Neftçilərə kimi gedirəm,ondan sonra getməyəcəm. Deyəndə ki, bu necə işdir? Bu avtobus Xətaiyə kimi gedir, biz nəylə getməliyik? Sürücü nəylə istəyirsiz gedin,mənlik deil deyir. Şikayət edəcəyik deyəndə isə hara istəyirsiz şikayət edin cavabını alırıq. Başa düşmədim, bu avtobusun sürücülərini seçib bu avtobusa təyin edibsiz? Qışın soyuğunda biz gedəcəyimiz yerə gedib-getməməyimiz bu sürücülərin kefindən asılıdır? Hansı sürücü nə istəyir onu da edir, zəhmət olmasa, sürücülərinizlə bağlı tədbir görün.