Belə ki,vaxtilə yazmışdım bu haqda bəzi yerlərə,amma bir nəticə çıxmadı.Dedilər ki günün pik saatlarında 10-11 dəqiqə intervalında gələn avtobus gecikməsi normaldır.Amma belə deyil.Günün demək olar ki istənilən saatında 103 avtobusu demək olar ki,dolu olur...Sadəcə səhər 9-dan 2-yə kimi normal olur.Qalan vaxtlarda isə işə gedən ,dərsə gedən Zığ və Hövsan sakinləri bu avtobusdan istifadə edir.Avtobusun özü kiçikdir.Baku bus avtobuslarından daha kiçik və istifadə edənlərin sayı çoxdur.Avtobusun özü isə minumum 15 dəqiqədən bir işlədiyi üçün millət evinə tez çatmaq niyyəti ilə bu avtobusa basabas olsa da,minmək məcburiyyətində qalır.Bu avtobuslar havanın pis olduğu günlər də daha pis olur.Ən az 20 dəqiqədən bir gəlir.Mən şagirdim.Bu il universitetə imtahan verəcəm və mənim vaxtımın çoxu avtobus gözləməklə keçir.Keçən aylarda mən 1 saata yaxın avtobus gözlədim.Və gördüm ki,insan əlindən minməyə yer yoxdur,məcbur qalıb iki avtobusdan istifadə edərək Qaraçuxurdan Hövsana çatdım.Saat axşam 9 dan sonra 103 heç tapılmır.Bu necə avtobusdur?Ya bu avtobus böyüdülsün ya da ki bunun dəqiqə intervalını azaldın.