Salam, hər vaxtınız xeyir. Mən Fəridə Məhərrəmli 25.09.2022-ci il tarixində Qax rayonunda yerləşən "Soliton" mağazasından kreditlə televizor rəsmiləşdirdim. Bizə 1 illik zəmanət talonu da verildi. Satıcı Fərid bəy TV-ni paketindən açdı və enerji şəbəkəsinə qoşdu. Ekranı biz görmədən də həmən enerjidən ayırıb qablaşdırdı. Yoxlanış üçün ekranda bizə heç bir foto, program, səs göstərilmədi. TV-ni evə gətirdik, yerinə bağladıq və həmin vaxt ekranda (üzərindəki etiket Çıxartdıqdan sonra) çat olduğunu gördük. Yenidən qablaşdırıb mağazaya apardıq və problemi bildirdik. Əməkdaşlar heç bir akt tərtib etmədən bildirdilər ki, siz sındırmısınız ödəməlisiniz. Bütün razılaşma cəhdlərimizə baxmadan bizə laqeyd münasibət göstərərək nə tv.ni dəyişdilər nə də servisə göndərməyə razılaşdılar. Mağazada olan kamera görüntüləri də yarımçıqdır və malı təhvil verdikləri hissə görünmür. Mən İstehlakçının müdafiəsi ilə bağlı şikayət edəcəyimi onlara bildirsəm də " Kimə istəsəniz müraciət edin, bizə nə edəcəklər?" deyə cavabladılar. Artıq 9 gün tamam olub. Soliton əməkdaşlarının niyyəti 14 günü tamamlamaq və mənim müraciətimin etibarsız sayılmasıdır. Qaynar xəttən məlumat aldilar ki akt yazılmalı idi və TV texniki servisə göndərilərək rəy alınmalıdır. Bunu bir daha əməkdaşlara bildirsək də dedilər ki, biz heç bir mala görə indiyədək akt tərtib etməmişik. Sizə də edə bilmərik. Qarantiya talonu olsa da tv-ni təmir etdirmirlər. Bizim gəlir yerimiz yoxdur. Həyat yoldaşım ustadır. Sizdən çox xahiş edirəm müddətin az qaldığını nəzərə alaraq bizə bu işdə köməklik göstərəsiniz.
Əlaqə nömrəsi - +994 55 323 8970