Salam şikayətim Unibank-dandır. 4 il olar özüm bu bankın xidmətlərindən istifadə edirəm və həmişə hər kəsin yanında tərifləmişəm. Lakin sən demə elə ən ağır zərbəni də onlardan alacaqmışam ailəlikcə.
2014-cü ildə dolların 0.78 olan xoşbəxt vaxtlarımızda anam bankdan kredit götürüb. Heç devalvasiyanın nə olduğunu da bilmirdik onda. Amma çox keçmədi hər şeydən agah olduq. Bir kreditin necə 5 il ödənsə belə bitmədiyini gördük. Prezidentin əmri ilə restrukturizasiya olunacaqdı amma bunların göstərdiyi səbəbə görə o belə mümkün olmadı. 360 GÜN sizin əməkdaşları telefonumuzda yalvardıb gəlin ödəyin dedizdirib ödəniş etməməliymişik ki, bizim kreditdə güzəştlər edəsiz. Heç ödəniş etməməyimizə də şərait yaratmadız, elə maaşdan xısın-xısın çıxdız pulu, amma hələ də gözünüz necə doymayıbsa bundan sonra qalan pulu da maaşın 50%-indən kartdan birbaşa çıxırsız.
P.s verilən əmr ilin sonunacan keçərlidir və indi belə bir qərarın olduğunu bizə deyirlər.
Bu halda nə etməli heç nə bilmirəm, prezidentə yazılan məktub da çatana kimi ildən keçəcək. Unibankda bu məsələyə tam izahlı bir açıqlama gözləyirəm. Mm, şey… bilirsiz necədi, qərar budur vse. deməklə söhbəti bağlamasınlar. Boğazımızdan kəsib ödədiyimiz, amma heç onlardan almadığımız pulların söhbətini elə buradaca bağlayacaqlarsa da heçnə.
Şikayət müzakirəyə açıqdır