Salam.
Şikayətim sırf 7 sayı Asan xidmətlə əlaqəli deyil yəqin ki xidmət bütün asan xidmətlərdə eynidirsə hamısına şamil olunur.
Viza üçün iş yerindən arayış üçün portaldan sənədi çıxarıb asan xidmətə tərcümə üçün yaxınlaşdığımda qarşılaşdığım mənzərə heç də ürək açan olmadı. Əvvəlcə notarius bölümünə yönləndirdilər məni şəxsi portalıma daxil oldu əməkdaş gətirdiyim sənədi yenidən çıxardı və sənədin notarius təsdiqi üçün 3 azn ödəniş etməyimi bildirdi və əlbəttə ki mən bu ödənişi etdim yaxınlaşdım tərcümə bölümünə. Ordan da təsdiq olunmuş sənədi təhvil alıb 7 azn tərcümə üçün 6 azn də əlavə yenidən notarius xidməti üçün ödəniş etməyimi bildirdi. Nə üçün soruşduqda belə izah edildi ki, tərcümənin təsdiqi üçün əlavə 6 azn notariusa ödənilir. Bu çox biabırçılıqdı həqiqətən. İlk öncə bildirim ki, sənədi özüm e-sosialdan çıxarıb gətirmişəm bunun notarius təsdiqinə nə ehtiyac var? Ki, mən asan xidmətə daxil olarkən reseptiona yaxınlaşanda öz şəxsiyyət vəsiqəmi təqdim edirəmvə onlar da baxır ki, həqiqətən müraciət edən şəxsin vəsiqəsidir və buna əsasən də mənə növbə verilir. Bu da o deməkdir ki, sənəd də mənə məxsusdur 3 manat almaq üçün sənədi yenidən mənim login parolumla daxil olaraq çıxarmaq və notarius təsdiqi üçün bəhanə nəyə lazımdır ki bu mənim şəxsimdir icazəm olmadan nə üçün daxil olunur? 2-ci olaraq isə mən tərcümə istəyirəm bunun notarius təsdiqinə nə ehtiyac var ki? Viza şərtlərində qeyd olunmu ki, təsdiq olunmalıdır. Sadəcə tərcümə istəyir. Əməkdaşa sual verdiyimdə ki, bu tərcüməni hər hansı bir yerdə tərcümə edə bilməzdim? Cavabında xeyr notarius təsdiqi olmalıdır bildirilir. Bu nə dərəcədə düzgündür hələ də anlaya bilmirəm. Və qapıda dayanan əməkdaşların da şikayətimi dinləməkləri də boşuna idi. Heç bir qeyd aparmadılar bəli haqlısız deməklə kifayətləndilər. Xahiş edirəm o əməkdaşları da orda boşuna qoyub nə onların vaxtını nə də insanlara sual verməklə insanların vaxtını almayasız. Xoş söz deyən kimi o dəqə ad familya təhsil hansı xidmətdən razı qaldınız soruşurlar. Maraqlıdır şikayətimi niyə qeyd etmədilər niyə ad familyamı soruşmadılar? Xidmətin adı asandı amma soyğun xidməti qoyulsaydı daha məqsədə uyğun olardı məncə.