Salam. İyul ayinın 19-u saat 13 radələrində Xırdalan şəhəri 26-cı məhəllədən Ramana Gülçülük qəsəbəsinə taksi sifariş vermişdim.Sifarişimə əsasən Nissan Sunny markalı 90TR211 nömrəli taksi
gəldi (sürücü Alim, gediş haqqı 10 man. 8 qəp.). Taksiyə əyləşdikdə hava isti olduğu üçün sürücüdən kondisioneri qoşmağı xahiş etdim, cavabında sürücüdən kobudcasına bunu eşitdik: .Sonra isə bizi (4 nəfər)Ramana Gülçülük qəsəbəsi əvəzinə Gənclik metrosu yaxınlığında Koroğlu Rəhimov 65 ünvanında (saat 15-20) çatmısız deyib düşürtdü. Təbii ki, mən ünvana çatmadığımızı və sifarişimizin bura olmadığını bildirdim. Lakin sürücü Alim ünvana çatdığımızı təkidlə bildirdi və gediş haqqını tələb etdi. Sürücü ilə mübahisənin mənasız olduğunu anladığımdan (sürücünün davranışı qənaətbəxş deyildi) qərara gəldim ki, düşüb başqa taksi sifariş edək, ona görə gediş haqqının (bu ünvana qədər) nə qədər olacağını soruşdum. Sürücü Alim gediş haqqının 10 m.8 q. olduğunu bildirdi. Yuxarıda bildirdiyim səbəbə görə daha mübahisə etməyib, 10 manat ödəniş elədim. Sizdən xahiş edirəm ki, sürücü barəsində tədbir görüb, mənə məlumat verəsiniz və etdiyim artıq ödənişi geri qaytarasınız. Əks təqdirdə müraciət etməli olacam.