Suche
Generic filters
Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu

Şikayət sebebi:

Şikayətci: Nigar Safarova

Şikayət olunan:

Baxış sayı: 125

Publihed: Dekabr 14, 2019

Modifed: Sentyabr 17, 2021

Comments: No Comments

ID: 3685

Şikayətim Camex daşınma şirkətindəndir

Şikayətim Camex daşınma şirkətindəndir. Uzun zamandır ki, xidmətlərindən istifadə etmirdim, heç kimə də istifadə etməyi tövsiyə etmirəm! Sadəcə bağlamam UKdən gəldiyinə görə və bu istiqamətdə işləyən başqa daşınma şirkəti tanımadığıma görə məcbur qalıb istifadə etdim. Etməz olaydım! Bağlamam 1 həftədir anbara çatıb, amma bunların sistemində görünmür. Heç bir əlaqə vasitəsinə cavab verilmir. Ancaq telefondur, onun üçün də hər dəfə zən edəndə yarım saat gözləməli olursan və gözləməyin hələ sənə cavab veriləcəyi anlamına gəlmir. Dəstəyi qaldırıb sizə otboy da verə bilərlər. Bu 1 həftə ərzində gündə 4-5 dəfə zəng etmişəm, hər dəfəsində indi filan məlumatı da deyin, o olmasa tapa bilmirik , sonra yox siz bunları mail ilə yazın, biz UK anbarına sorğu göndərək kimi cavablar verilir. Yazdığım mailin üstündən 1 gündən çox vaxt keçdikdən sonra yenə zəng edirəm, məlum olur ki sorğu göndərilməyib, səbəbini soruşduğumda deyirlər ki, mailimiz işləmir. Deyəndə ki, bəs nə edək indi operator cavab verir ki, mən indi deyərəm sizin mailinizi qabağa salarlar. Bu nə biabırçı xidmətdir?! Mən buna deyiləsi, yazılası söz tapmıram artıq.

Express Your Reaction
Like
Love
Haha
Wow
Sad
Angry

Bəs sizcə kim haqlıdır ?

0
0

Bildirşlərə abunə ol
Bildirş
0 Şərh
Inline Feedbacks
View all comments

haqqında digər şikayətlər


Salam. Şikayətim Camex şirkətindəndir! Dekabr ayının 9 u Trendyoldan geyim sifariş etmişəm. Sifarişim 3 ayrı bağlama formasında Camex’in Türkiyə anbarına 11 dec, 12 dec, 17 dec çatdırılıb. Amma yalnız biri haqqında məlumat var. ( Yazıldığına görə, bu gün yola çıxmalıdır…

0
0

12-27-2019
0


Camexden cox naraziyam. Basga variant olmadigi ucun caresi ingiltere sifarislerini onlardan edirem. Amma her defesindede cox pesman edirler. Zeng vururam 10degigeden cox gozledirler (cox vaxt butun balansdaki pul bitene qeder) baglamam nece gundurki gonderilib statusunda qalib, harada oldugunu izleye bilmirem….

0
0

05-19-2020
1


Salam, mənim şikayətim Camex -in kollektivindəndi. Demək olar ki mən Camexin 5 ildən çoxdu müştərisiyəm və çoxlu sayda hər həftə sifarişlərim gəlir. Ama son vaxtlar olanlar məni artıq özümnən çıxarti ve ona gorede men zerer cekdim gomrukde. Camexin iwcileri, esasende…

0
0

07-30-2019
1


Şikayetim Camex firması haqqındadır. Tariflərinin değişmesi haqqında heç bir bildiriş gelmeyib. Qrama qram aksiyası bitib və bu haqda heç bir sms gəlməyib. 14₼ dollar ödəmək əvəzinə 21 dollar ödəməliyek. Sözdə guya qiymətlərə endirim ediblər . Camaatı allatmaqdir bu. Türkiyə anbarinda…

0
0

07-25-2020
1

Daha çox görmək üçün daxil ol

1

Bəs sizcə kim haqlıdır ?

0
0

Şikayət sebebi:

Şikayətci: Nigar Safarova

Şikayət olunan:

Baxış sayı:

Yayımlandı: Dekabr 14, 2019

Redakte edildi: Sentyabr 17, 2021

Şərhlər: No Comments

ID: 3685

Scroll to Top