Suche
Generic filters
Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu

Şikayət sebebi:

Şikayətci: Ali

Şikayət olunan:

Baxış sayı: 125

Publihed: May 11, 2021

Modifed: İyul 13, 2021

Comments: 1 Comment

ID: 14144

Şikayət ehtiyat.com

Bu şirkət ilə bağlı bəzi məlumatları diqqətinizə çatdırım. Saytın online chat bölməsində sifarişin gətirilməsi üçün müddət 2 həftə ən geci 3 – cü həftə ərzində təhvil verilməsi barəsində məlumat təqdim etdilər. Sifarişin tez gətirilməsi mənim üçün vacib olduğuna görə bu müddət biraz çox olduğu üçün daha sürətli gətirilməsini istədikdə, ehtiyat.com -un sahibkarı Şahin Cəfərov bildirdiki, sürətli gətirilməsi avia yolu ilə olacaq. Malın sifariş edilməsi üçün, Bakıda təhvili, gömrük xərci və malın toplam dəyəri ofisimizə yaxınlaşaraq ödəmək və ya C2C ilə kart hesabına öncədən ödəmək şərti ilə sifariş edə bilərsiniz. Mən ofislərinə (Gilavar restoranı, 2ci mərtəbə.) yaxınlaşdım və ehtiyat hissəsini avia yolu ile 14-16 aprel kimi təhvili barədə daha ətraflı məlumat aldıqdan sonra, çatdırılma müddəti məni üçün uyğun olduğu görə(malın daha baha olmasına baxmayaraq) ödənişi etmək üçün post terminal tələb etdim. Lakin yenə eyni qaydada C2C ilə və ya nağd şəkildə ödəməyi bildirdilər. 05.04.2021 tarixində ödənişi şəxsi AZN debit kartımdan C2C vasitəsilə ödədim. Amma bu ödəniş barədə heç bir çek və ya qəbz təqdim edilmədi(Ehtimal ki, vergilərdən yayınmaq məqsədi ilə). Şirkətə dəfələrlə müraciət etməyimə baxmayaraq, bu günə kimi(11.05.2021) sahibkardan nə malımı nə də ödədiyim pulu geri ala bilmirəm.Hər gün müxtəlif yalan vədlər verərək məsuliyətdən boyun qaçırır və ödənişi geri qaytarmırlar. Sonuncu dəfə müraciət etdiyimdə, adamlar WhatsApp(+994 50 861 57 51) da məni hədələyərək, inzibati xətalar məcəlləsindən maddələr göndərməklə guya mən onları hədələyirmişəm və onlar bu barədə aidiyatı qurumlara müraciət edəcəklərini bildirdilər.
Nəzərinizə çatdırmaq istərdim ki, qısa araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu şirkətin poçt xidməti ilə məşğul olması üçün lisenziyaları və icazələri belə yoxdur. Daha öncələrdə bu şirkətdən şikayətçi şəxslər tərəfindən bəzi xəbər portallarına ( https://report.az/hadise/ehtiyat-com-dasima-sirketinden-sikayet-var/ , https://qaynarinfo.az/az/dasima-sirketinden-sikayet-var-mehsulun-getirilmesi-2-aydir-gecikdirilir-foto/ , https://sonxeber.az/178513/dasima-sirketinden-sikayet-var-mehsulun-getirilmesi-2-aydir-gecikdirilir ) öz şikayətlərini bildirmişdilər.
Demeyim odurki, bucur şirkətlərdən mümkün qədər uzaq durmaq lazımdır. Müddət az bildirərək daha çox ödəniş alıb, sonradan öhdəliklərini yerinə yetirmirlər və müştərilərin əsəbləri ilə oynayıllar. Bu az kimi də narazılıq edəndə hədə qorxu gəlirlər.

Express Your Reaction
Like
Love
Haha
Wow
Sad
Angry

Bəs sizcə kim haqlıdır ?

0
6+
avataravataravataravataravatarAdmin

Bildirşlərə abunə ol
Bildirş
1 Şərh
Köhnələr
Ən yenilər Aktuallar
Inline Feedbacks
View all comments
Admin
Admin
4 months ago

Şikayət müzakirəyə açıqdır

haqqında digər şikayətlər


Bu şirkət ilə bağlı bəzi məlumatları diqqətinizə çatdırım. Saytın online chat bölməsində sifarişin gətirilməsi üçün müddət 2 həftə ən geci 3 – cü həftə ərzində təhvil verilməsi barəsində məlumat təqdim etdilər. Sifarişin tez gətirilməsi mənim üçün vacib olduğuna görə bu…

0
6+
avataravataravataravataravatarAdmin

05-11-2021
1

Daha çox görmək üçün daxil ol

1

Bəs sizcə kim haqlıdır ?

0
6+
avataravataravataravataravatarAdmin

Şikayət sebebi:

Şikayətci: Ali

Şikayət olunan:

Baxış sayı:

Yayımlandı: May 11, 2021

Redakte edildi: İyul 13, 2021

Şərhlər: 1 Comment

ID: 14144

Scroll to Top