İnsanı doğru düzgün dinləmək qabiliyyəti olduqca kafi, problemin aradan qaldırılmasında heç bir köməklik göstərməmək istəyi
4-5 gündür yeni, həm də nəğd ödənişlə paltar yuyan ( blomberq ) maşın almışam. Aldığım gündən, bu cihazı işə salmaq istədim, çox təəsüf ki, işə saldığım andan etibarən, maşın qoşulduğu yerdən su axıtmağa başladı. Və bu səbəblə servislə əlaqə saxladım. Servis isə öz növbəsində, sualı sual ardınca yağdırmağa başladı. Hardan, necə, niyə, nə üçün bu su axıdır? Mən bir şeyi anlaya bilmədim ki, bütün bu sualların cavabını mən tapıb verə bilsəydim, servisə nə ehtiyac var idi ki? Bu maşın üçün guya 3 il qaranti veriblər, 3 gün keçməmiş respsionda oturan xanım, " Əgər orda əlavə avadanlıq lazım olsa özünüz alacaqsınız və yaxud 20 azn ödəniş edəcəksiniz servis xidməti üçün" . Ya mən anlamıram, ya da inkişaf çox sürətli gedib, onda bu qaranti nə üçün lazım idi? Dünən bir, bu gün iki, bəlli bir məbləğ verib avadanlıq al, 3 gün sonra desinlər ki, get nə bilim xidmət üçün, nə bilim avadanlıq üçün ödəniş et???? Sizin fikrinizcə bu normal haldır?
maşını alanda özləri gəlib quraşdırır ya özünü tapırsız usta santexnik falan ? amma men olsam yenisini teleb ederem aldiqim sey iki gün sonra ustaya düşürsə o artıq təzə sayımaz
yani anlamadim əgər o avadanlıq 100 200 manata olsa yenədə almaliyam. vapşə niyə axı pulunu verib aldıqım malı usata açıb dağıdıb sonra mene vermelidir. təzəsini tələb edin yada məhkəməyə verin. heyifdir pulunuza heyfiniz gelsin
Bele olanda quzuya dönürlər.
Bizim ölkədə normal haldıq. ????esas körpünü keçənə qədərdi ondan sonra müştərini tanımırlan. artıq mali sizı satmaq istəyərkən o əzizlədikləri müştəri deyilsən onlar üçün