Ayda 18 manat ödəyirəm və çox zəif sürət verirlər. Hər dəfə yığıb şıkayət edəndə bizə usta göndərirlər və deyirlər ki,problem sizdə olsa 5 manat ödəyəcəksiniz, yox əgər birlik olsa ödəniş olmayacaq. Hər ay sürəti azaldirlar, bu gün də zəng edib xəbərdar etdik onları, dedik bizim xətdə heç bir problem yoxdur usta gəlsə də ödəniş olmayacaq. Usta gəldi yoxladı Speed testlə, nədənsə tək ustanın telefonunda sürət yüksək səviyyədə göstərdi. Belə çıxır ki, evdə hamının telefonu xarabdı.5 m pul istədi,vermədim dedi ki, şirkət tərəfindən tutulacaq hesabınızdan. Bu nə deməkdir? Niyə belə haqsızlıq edirlər? Niyə bu qədər haram pul qazanırlar əhalini aldadıb? Çox xahiş edirəm ki, bizim şikayətə baxılsın və nəticə çıxarılsın!