Protokol EQ24713350 nömrəsi ilə mənə tətbiq olunan cərimə ilə bağlı narazılığımı ifadə etmək istəyirəm.
Hadisə zamanı mən svetoforun işıqlarını 2 dəfə dəyişməsini gözlədim ki, yol boşalsın və təhlükəsiz şəkildə hərəkət edə bilim. Lakin sağdan və soldan gələn avtomobillərin çoxluğu səbəbilə yol heç bir şəkildə boşalmadı. Eyni zamanda, arxada dayanan avtomobillərin siqnal səsləri məni irəli hərəkət etməyə məcbur etdi. Yolun hərəkətini və tıxac şəraitini nəzərə alaraq mənim üçün həmin vəziyyətdə başqa alternativ yox idi.
Hörmətlə soruşmaq istəyirəm ki, belə bir şəraitdə nə qədər gözləmək qanuna uyğundur ki, mən cərimə olunmayım? Həmçinin, bu vəziyyətdə tətbiq olunan cərimənin ədalətli olub-olmamasının araşdırılmasını xahiş edirəm.
Ümid edirəm ki, müraciətim diqqətlə nəzərdən keçiriləcək və mənə ədalətli cavab təqdim ediləcəkdir.
Əvvəlcədən təşəkkür edirəm.