Müştərisini ən çox xətdə gözlədən Mobil Operator olaraq Ginnesin Rekordlar kitabına düşən Azərbaycanın İlk Mobil Operatoru - Bakcell
Hələ arsız-arsız lütfən xətdə gözləyin, sizin zənginiz bizim üçün çox vacibdir sözlərini deyən avocavabda qoşublar...
Adboy verməsəydim bəlkədə Kainatda heç bir dövür heç bir Mobil Operatorun vurmadığı və vura bilməyəcəyi rekordu vuracaqdılar.
Anlamıram Azerconnect olaraq Bakcell və Nar belə bir xidmət göstərmək üçün birləşib?
Adboy verəndən sora hələ avtomatik mesaj da gəlir ki bəs operatorlar hamısı məşğul idi nəbilim nə...
A kişi 42 dəqiqə xətdə gözləyən adama cavab verilmirsə deməli işləmirsiz ya da ki, Narla Bakcellə baxan yalnız bir işçi var və o yazıqda heç birinə çatdırmır.
Boş boş yalandan Ən Sürətli İnternet Xidməti göstərən operator, Yadplanetlilərə ilk xidmət göstərən operator...
Bu pafoslu yalanlarla kimi aldadığınızı zənn edirsiniz? Özünüzü aldadırsız. Hamı bilir kim kimdir ya hansı şirkət nədir, necədir...
Daha yaxın olaq... Sizin kimi operatordan uzaq olmaq daha yaxşıdır.
Çox arzu edirəm ki, bir nəfər bu şirkəti ala və birdəfəlik bağlaya.
Bu həmin adamın bütün Bakcell müştərilərinə verdiyi ən böyük dəyər məhz elə bu olardı.