Baku Electronics Quba filialından soyuducu sifariş verdim.Məhsul çatdırılan zaman isə kuryer tərəfindən "Tələsirəm,tez imza at gedim" deyərək məhsulun əmtəə görünüşü təqdim olunmadı.Məhsul qablaşdırılmadan açılan zaman isə zədəli olduğu aşkarlandı və dərhal bu barədə mağazaya bildirildi.Şəxsən özüm cari gün mağazaya yaxınlaşdım və məhsuldan imtina etdiyimi bildirdərək ərizəni yazdım..Artıq günlərdir ki,qaynar xətt 143-ə zəng edirəm gah deyirlər servislə əlaqə saxlayın,servisə zəng olunur deyir bizlik deyil mağaza ilə maraqlananın,mağazada deyir qaynar xəttə yığın..Məhsulu taksit kartı ilə aldığımdan müvafiq olaraq növbəti ayda təyin olunmuş gündə ödənişimi etməliyəm,etmədiyim təqdirdə isə əlavə faizlər hesablanır.Beləcə,işçilərin işlərinə belə məsuliyyətsiz,səhlənkar yanaşmaları birdə bu mağazadan heç bir zaman alış veriş etməyəcəyimə tam əminlik yaratdı.