Mən Füzuli rayonu Böyük Bəhmənli kənd sakini Müharibə veteranı Quliyev Yadigar İttifaq oğlu Şikayətimin səbəbi mənə verilən qazın dayandırılmasıdır. Bildirmək istəyirəm ki, 2008 ildən Kəndimizə qaz çəkilib və 12 ildən sonra yəni bir neçə ay bundan öncə mənim adıma olan köhnə qaz sayğac aparatımı dəyişdirdilər həmin vaxt mənim 12 ildə borcum 400 500 qədər idi indi bu bir neçə ayda 800 manata yaxındır bildirirəm ki, bu vaxta qədər mənə yazılan borc yalandır mən mənə sayğacın çekini gətirən qaz işçisi qəsdən artıq yükləyərək çek yazıblar bunun fırıldaq olduğun bilirəm. və həmin işçi qaz aparatının üstünü yazdıqdan istehlakçının hüquqlarını ağır dərəcədə pozaraq mənim iştirakım olmadan çek yazaraq gah qaz aparatına ya giriş qapıma taxaraq çıxıb gedib.
Bu 12 ildə bir neçə dəfə şifahi narazı olduğumu bildirmişəm və borc artığına görə Smart aparat qoyulmasını tələb etmişəm. Amma bildirirlər ki Smart aparatı daha qoyulmur. İndi 1 həftə olar ki mənim qaz xətrimi bağlayıb blomlayıblar ki gətir pulu tam ödə sonra açaq. Mənim sizə sualım var. Niyə 12 ildə bu qədər borc yığılmadan məndən heç birborc tələb olunmayıb istehlakçının yüklədikdən sonra borc tələb edirsiniz?
Mən Məhkəməyə, və Möhtərəm Prizidentimizə, və adiyəti orqanlara Şikayətimi bildirəcəm. Sizin min bir fırıldaqçılıq işlədiyiniz bildirəcəm.
Məndən də cox borc yazılan insanlar var soruşmuşam deyirlər ki biraz ödəyirəm birazda cibinə qoyuram qazı kəsirlər.
Mənim şikayətim bu qədər.
Amma bir xahişim var ,Mənim Qaz aparatını Smart aparatla əvəzləyib yoxsa bu borcun altından çıxa bilməyəcəm.