ÜNVAN
Bakı şəhəri, Səbail rayonu,
Üzeyir Hacıbəyov küçəsi, 84 Hökumət Evi, 7-ci qapı
TELEFON
(+99412) 5997600
(+99412) 5997682/83
FAKS
(+99412) 4972408
E_MAIL
[email protected]
VEB-SAYT
https://www.competition.gov.az
INDEKS
AZ1000
Mən sifarişi təhvil məntəqəsinə sifariş vermişəm. Sifarişin statusunda yazır ki, ayın 29-u çatdırılacaq. 28-i zəng eləmişəm ki, bax gecikməsin, vacibdir. Deyiblər yox arxayın olun sabah çatdırılacaq. Yenə 29-u günorta zəng eləmişəm ki, çatdırılmada gecikmə olmasın vacibdir. Deyiblər yox, narahat olmayın. 100 faiz gün içərisində çatdırılacaq. Təhvil məntəqəsi də saat 6-ya kimi işləyir şənbə günləri. Saat 6-nı keçib. Zəng edirəm ki bəs sifarişim harda qaldı. Deyir təəssüflər olsun ki birinci gün gələcək. Mən də təzə evə köçmüşəm. Mənə yastıq lazımdır, yorğan lazımdır, mələfə lazımdır. Mən indi iki gün quru matrasda yatmalıyam? Nəyə görə? Kimə görə? Hansısa məsuliyyətsiz işçiyə görə? Zəng edirəm, deyir indi biz sizə geri dönüş edəcəyik. Etmirlər. Gözləyirəm ha gözləyirəm. Heç bir geri dönüş yoxdur. Yenidən özüm zəng edirəm ki, noldu? Deyirəm logistika şöbəsi bizə cavab vermir? Mən başa düşmürəm, logistika şöbəsi öz kayfındadı, mən neyniyim? Sifarişin çatdırılması ayın 29 na yazılıb. niyə 29-u çatdırılmır? təhvil məntəqəsinin neçəyə qədər işlədiyini çatdırılma xidməti özü də görür, bəs niyə həmin vaxt ərzində çatdırmır? Yalandan məni aldadırlar ki, arxayın ol, gün içərisində çatacaq. Üç dəfə demişəm ki, bax məntəqə 6-ya kimi işləyir. Yox, müəllim, narahat olmayın, çatacaq. Logistika şöbəsində işçilər başlarının altına yastıq qoyub yatır deyə mən iki gün quru matrasda yatmalıyam? Bəlkə logistikadan cavab 20 gündən sonra gələcək. Mən neyniyim? p.s. 8 ildir İstanbulda yaşayırdım, bir neçə gün öncə qayıtmışam Azərbaycana. Qayıtdığım ilk həftədə artıq məni peşman elədiz qayıtmağa.
Qumar, mərc, kazi̇no saytı və ya qumar mobi̇l programlari və ya buna bənzər whatsapp , teleqram qrup və ya kanallardan uzaq olun !!! Əziz Azərbaycan xalqı bu işlərdən sizə nəzərən daha çox məlumatı olan biri olaraq deyirəm. Bütüm lotoreyya, qumar və kazino oyunların tək məqsədi SIZIN PULUNUZU ALMAQDIR , SIZƏ PUL QAZANDIRMAQ YOX. İnanilmaz miqdarda ferqli ferqi internet ortamlarından şikayətlər alırıq və bunların hamisini yayımlamaq imkanımız olmur. Bu cür saytlara bank kartinizi məlumatlarını yazmayın. Whatsapp, Teleqram ve ya diger sosyal sebeke quruplarinda 10 manat verin 100 manat olaraq size qaytaraq deyenlere inanmayin. Bu qeder cahil aldanmaqa meyilli olmayin !!! Yaxin dostlarini və etrafinizdaki insanlari bu kimi şeylerdən çəkindirin.