Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
granmart

Mover az

Müqayisə et

62 şikayət 3 təşəkkür

9009
www.mover.az

Mover.az kargo şirkəti ilə bağlı tədbir görmənizi xahiş edirəm. Müştəriləri uzun zaman aldadırlar. Cəzasız olduqlarına əmindirlər və buna görə də müştəriləri aldatmağa davam edirlər.

Azer Huseynov

12 Sentyabr 2022
0

Salam Amerika baglamalari moverde en yaxsi halda 1aya gelir her defede bir yalan sixliqdi reys legv olundu bu problemler yalniz moverde var basqa shirketle sifarish verdim mehsulu almisam moverde ondan evvel anbarlarna gelib helede tehvil verilmiyib size meslehetim bele yalanci…

04 Sentyabr 2022
0

İlk başda çox əla xidmət göstərilirdi ama bir müddətdən sonra oldu kefim istəyəndə gətirəcəm kargosu + baha qiymətə. Sifariş edirik həftələrlə xarici anbarda qalır sonra birdən nə baş verir bilmirəm kargonu göndərmək qararına gəlirlər, 1 həftə belə getdi. Sonra gəlir…

Rəhmanzadə AytenRaminVerdiyev Fərid

25 Avqust 2022
0

Salam.06.08.2022 tarixdə moverdə bəyannamə etsəm də 2 məhsuldan 1i heş sifariş etdiyim yerdən xarici anbara daxil olmayıb TALIBOVA AYGÜN 275544 MÜŞTƏRİ KODUM.zəhmət olmsa kömək edin . 6.08.2022 tarixdən sifariş verilən 2bağlamadan 1i Azərbaycana daxil olmayıb

20 Avqust 2022
0

Salam.Sizi Babayeva Könül narahat edirmMen sizdən Noyabrda məhsul sifariş etmişdim və məhsulları 3ay müddətinə gətirib çıxardır.Ve mən əməliyyata gedəsi oldum əməliyyatdan sonra Bakıda aolmamisma mən Uşağları min bogaİndan kəsib 170manat ödəniş etmişəm sifarişlərini indi isə deyilir ki sifarişlərim arxiv olunubmYa…

12 Avqust 2022
0

1aydan coxdur ki,baglamalarım qalıb Amerika anbarında çünki,şirkətin mobil tətbiqi normal işləmir invpice daxil edirsen gedor düşür tamam fərqli baglamaya və düzəltmək mümkün deyil ancaq işçilər bu bağlamaları düzəlişə atmalıdır ki,sən düzəldə biləsən.3dəfə ofisə getmişəm dəfələrlə mobil tətbiqdən yazmişam,instagramdan yazmışam.Problemi həll…

11 Mart 2022
0

3 aydır mallarım ABŞ anbarındadır. Azərbaycana göndərilmir. Mover hər dəfə bir bəhanə ilə cavab verir. Çox zaman ümumiyyətlə şikayətlərə cavab vermir. Telefonları işləmir. Onlayn müraciətlərə cavab yazmırlar. 1 aydır malın şəkilini göndərmək xidməti sifariş etmişəm, 8.5 AZN pul çıxıblar hesabımdan….

18 Fevral 2022
0

Mover.az

“Mover” MMC express logistika şirkətidir. 2015-ci ildən bəri Azərbaycan bazarında fəaliyyət göstərən şirkət bu günə qədər 60 mindən çox fiziki şəxsin 3 milyondan artıq yükünü müxtəlif xarici ölkələrdən Azərbaycana gətirib, o cümlədən ölkə daxilindəki ünvanlara əldən təslim edib.

Şirkət Azərbaycan qanunvericiliyi ilə qadağan edilməmiş hər növ yüklərin xarici ölkələrdən Azərbaycana və Azərbaycan daxilində qapıya çatdırılması ilə məşğuldur. Ölkəxarici və ölkədaxili elektron ticarət platformalarından verilən sifarişlərin ünvana çatdırılmasını da həyata keçirən “Mover” MMC bugünə qədər yarım milyondan çox bağlamanı Azərbaycanın müxtəlif bölgələrindəki müştərilərinə təhvil verib.

Mover MMC hazırda müştərilərinə elektron ticarət logistikası, anbar, havayolu karqo, dəniz daşımaçılığı, tarixi və sənət əsərlərinin, təhlükəli maddələrin və temperatur həssaslığı olan bağlamaların daşınması, qapıda təslim, onboard, alış-veriş köməkçisi və çarter xidmətlərini təklif edir.

Mover MMC eyni zamanda yazışmalar, işgüzar sənədlər, şəkillər, bədii açıqcalar, reklam-məlumat çap materialları, sxemlər və əlyazmaların, həmçinin, dövri çap və poliqrafiya məhsulları kimi poçt daşımalarına daxil olan hər cür yüklərin göndərilməsini də həyata keçirir.

Beynəlxalq Hava Nəqliyyatı Asossiasiyasının (İATA) Azərbaycandakı yeganə üzvü olan Mover MMC beynəlxalq aləmdə də özünəməxsus yerə sahibdir. Azərbaycanın 40-a yaxın şəhər və rayonunda 7 ofis və 50-dən çox Mover Məntəqələrinə sahib olan Mover MMC ölkədə bu sahədə ən böyük şəbəkəyə sahibdir və gündən günə böyüyür. Məqsədimiz ölkənin hər bir nöqtəsindəki müştərilər üçün əlçatan olmaq və onların məmnuniyyətini qazanmaqdır.

Mover.az əlaqə

Bakı anbarı
[email protected]
*9009
Füzuli küçəsi 65, Fransız institutunun yanı

Əhmədli anbarı
[email protected]
*9009
Məhəmməd Hadi 130A ( Əhmədli metrosu, Coffemania ilə üz bə üz)

Sumqayıt anbarı
[email protected]
*9009
H.Əliyev 5/81 45-ci məhəllə (Tarix muzeyi ilə üzbəüz)

Gəncə anbarı
[email protected]
*9009
Heydər Əliyev prospekti 639B

Necə sifariş edim?

Mover.az saytında qeydiyyatdan keçməklə bizim xaricdəki ofisimizin ünvanını əldə edirsiniz. Bundan sonra Türkiyə, ABŞ və BƏƏ-dəki onlayn alış-veriş saytlarından sifariş edərkən ünvan hissəsində bizim saytımızdan əldə etdiyiniz ünvanı qeyd edib, sifarişinizi tamamlayırsınız. Satıcı firma sifarişinizi Mover`in xaricdəki anbarına çatdırır. Biz satıcı firmadan təhvil aldığımız bağlamanızı Azərbaycana gətirir, istəyinizə uyğun olaraq, ünvanınıza çatdırırıq.

Sifarişim neçə günə çatdırılır ?

Çatdırılma müddəti sifariş verdiyiniz saytdan asılıdır. Satıcı firmalarda çatdırılma müddəti 3-7 gün olur. Həftəsonları və rəsmi bayram günləri çatdırılma müddətini uzada bilər. Satıcı firma sifarişinizi Mover`in xaricdəki anbarına çatdırdıqdan sonra ən gec 3 gün ərzində bağlamalarınız Azərbaycanda olur.

Mover.az xaricdəki ünvanını

Xaricdəki ünvanlarımızı əldə etmək üçün Mover.az saytında qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçdiyiniz mail ünvanı və şifrənizi yazaraq sistemə daxil olduqdan sonra xaricdəki ünvanlarımız görünəcək.

Çatdırılma qiymeti necə hesablanır?

Sifariş olunan bağlamanın çatdırılma haqqı çəkiyə görə hesablanır. Ölçüsü 1 metrdən böyük olan bağlamaların çatdırılma haqqı həcmi çəkiyə görə hesablanır. Həcmi çəkinin hesablanması üçün en*hündürlük*uzunluq/6000 standartı tətbiq edilir.

İş günləri və saatları?

Bazar günləri istisna olmaqla həftə içi hər gün :
Müştəri xidmətləri: 10:00 – 20:00
Çağrı mərkəzi: 10:00 – 00:00
“Sifariş et” xidməti: 10:00 – 23:30
Bağlamaların təhvili: 10:00 – 00:00

Qarşısında "Demo data" yazılmış qrafiklər toplanmış dataların azlığı səbəbi ilə hazırda aktiv edilməmişdir. Demo datalardakı grafiklərdə ölçümlər demo olaraq mövcuddur və doğru deyil.

Şirkətin reytinqi

  • Şikayətləri həll etmə fazi ( Demo data )

    0%

2022 Şikayət sayı

  • Dekabr: 14
  • Yanvar: 9
  • Fevral: 7
  • Mart: 2
  • Aprel: 7
  • May: 3
  • İyun: 0
  • İyul: 3
  • Avqust: 7
  • Sentyabr: 3
  • Oktyabr: 5
  • Noyabr: 2
  • 2022 Təşəkkür sayı

  • Dekabr: 0
  • Yanvar: 2
  • Fevral: 0
  • Mart: 0
  • Aprel: 0
  • May: 0
  • İyun: 0
  • İyul: 0
  • Avqust: 0
  • Sentyabr: 0
  • Oktyabr: 0
  • Noyabr: 1
  • Şikayət sayı

    62

    Təşəkkür sayı

    3

    Bu günə qədər yazılan şikayət sayı

    69

    Oxşar şirkətlər