Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu

Şikayətci: Cəmilə Ə.

Şikayət sebebi:

logo.png

Bakı Nəqliyyat Agentliyi Hüquqlarımızı tələb edək

Ünvan

 AZ1029, Bakı şəhəri, Ziya Bünyadov prospekti 111

Telefon

 (012) 404 41 20

Fax

 (012) 404 41 27

Email

 [email protected]

BNA – Şəkillər qanuna zidd olaraq quraşdırırmış kamera vasitəsi ilə çəkilib

Dayanma durmaya görə cərimə almışam. Şəkillər qanuna zidd olaraq quraşdırırmış kamera vasitəsi ilə çəkilib. Həmçinin mən düz maşının yanında idim. Şikayət mətnimi təqdim edirəm: Bu qərarla qəti şəkildə razı deyiləm! Azərbaycan Respublikasının İnzibati xətalar məcəlləsində İnzibati xətalar haqqında işlər üzrə icraatın aparılması qaydasına görə 124.5 maddəsində qeyd olunduğumu kimi "inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda" - mən isə şəkildə də göründüyü kimi düz nəqaliyyat vasitəsimin yanında olmuşam. Həmçinin həmin maddədə "İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə " tərtib olunmalıdır. Siz isə təqdim etdiyiniz şəkillər kamera vasitasilə aparılıb. 124.6 maddəsinə görə "İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə" qoyulmalıdır, mənim nəqliyyat vasitəmə isə heç bir qərar ön şüşəmə qoyulmayıb. XAHİŞ EDİRƏM ki, BNA 2203099 nömrəli protokol ləğv edilsin! Bu şikayətimə BNA-dan cavab: Nəzərinizə çatdırırıq ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 346.2-ci maddələri üzrə inzibati icraat İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsi ilə deyil, 124.5-ci və 124.6-cı maddələri əsasında aparılır. Həmin norma isə inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildiyi halda inzibati icraatın aparılması qaydasını tənzimləyir. Onu da bildiririk ki, Dayanma və durma qaydalarının pozulması halları Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunmuş planşetlər, yollara quraşdırılmış stasionar kameralar və “Ipatrul” (Mobil IPCS) nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsi ilə səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərək tərtib edilir. Bu məsələ ölkə başçısının 06.07.2018-ci il tarixli, 181 nömrəli Fərmanı ilə tənzimlənir. Sizin müraciətiniz araşdırılarkən müvafiq foto görüntülərə baxılaraq inzibati xəta hadisələrinin mövcud olduğu təsdiqini tapmışdır. Tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarların ləğv edilməsi və ya dəyişdirilməsi üçün İXM-in 135.1-ci maddəsində göstərilən hər hansı əsas mövcud olmadığına görə müraciətiniz təmin edilməmişdir.

DİQQƏT DİQQƏT !!!!

Qumar, mərc, kazi̇no saytı və ya qumar mobi̇l programlari və ya buna bənzər whatsapp , teleqram qrup və ya kanallardan uzaq olun !!! Əziz Azərbaycan xalqı bu işlərdən sizə nəzərən daha çox məlumatı olan biri olaraq deyirəm. Bütüm lotoreyya, qumar və kazino oyunların tək məqsədi SIZIN PULUNUZU ALMAQDIR , SIZƏ PUL QAZANDIRMAQ YOX. İnanilmaz miqdarda ferqli ferqi internet ortamlarından şikayətlər alırıq və bunların hamisini yayımlamaq imkanımız olmur. Bu cür saytlara bank kartinizi məlumatlarını yazmayın. Whatsapp, Teleqram ve ya diger sosyal sebeke quruplarinda 10 manat verin 100 manat olaraq size qaytaraq deyenlere inanmayin. Bu qeder cahil aldanmaqa meyilli olmayin !!! Yaxin dostlarini və etrafinizdaki insanlari bu kimi şeylerdən çəkindirin. 

Express Your Reaction
Like
Love
Haha
Wow
Sad
Angry

Bəs sizcə kim haqlıdır ?

Bildirşlərə abunə ol
Bildirş
0 Şərh
Inline Feedbacks
View all comments

haqqında digər şikayətlər

hər səhər 20 yanvar ərazisindən hökməli dairəsi istiqamətinə 114A və ya 114B avtobuslarından istifadə edirəm,avtobusun çox gec gəlməyi bir yana,gəldiyi zaman saxlamadan sürüb getmə halları çox olur,hər dayanacaqda heç olmasa saxlaması daha məqsədə uyğundur

06 Yanvar 2025
0

Bu marşruta illerdi minirem ve gördüyüm qədərile en terbiyesiz şofer kimdise buna seçirlər. Qaça qaça da olsa gelirem görür qabağındayam el edirem gülür üzüme qapını bağlayır sürür el eliyir. Tərbiyəsiz insanlardı. Defelerle şikayet etmişem. Heç kimin vecine deyil.bu terbiyesizlere axır…

05 Yanvar 2025
0

6 sayli avtobus xettinden naraziiyiq . Umumen her kes . Inqilabda 1 saatdan 1 avtobus kecir ya yox . Xususen saat 6da daha chox sixliq olan zamanlarda xetti artirmaq evezine azaldirLAR ELE BIL . 1 saat merkezde avtobus gozlemek olar…

Salam, saat 20:12 radələrində Abbas Mirzə Şərifzadə küçəsində olan duracaqda (Hacı Cavad Məscidi ilə uzbə üz olan duracaq) avtobusa minərkən qapını üstümə bağladı (nəticədə ayağım zədələndi) və mənə dedi ki tez min “probka” var qaldiki həm avtobus boş idi həmdə…

09 Dekabr 2024
0

Daha çox görmək üçün daxil ol

Bəs sizcə kim haqlıdır ?

Şikayət sebebi:

Şikayətci: Cəmilə Ə.

Şikayət olunan:

Yayımlandı: Aprel 7, 2022

Redakte edildi: May 1, 2022