Bakcell şirkəti müştərilərini aldatmağa, onların cibinə girib oğurluq etməyə nəinki davam edir hətta bunu sivil qaydada əsaslandırmağa çalışır. (Məşhur lətifədə qadının dediyi kimi: mənim də qızım o işlə məşğuldur, amma belə təqdim edə bilmir). Demək dünən @bakcellin DaimOnline10 internet paketini aktivləşdirmişik. Paketin şərtlərində İnstagram, Whatsapp, Facebook limitsiz yazılıb pulsuz olduğu halda dünəndən İnstagram üçün mb çıxılır. Müştəri xidmətinə zəng vurmuşuq, operator oğlan bunun sonra limitlərin ləğv olunduğunu bildirir. Bu barədə facebookda yazdıqlarını bildirir (baxmayaraq ki, nə qədər axtarsam da bildirişi tapa bilmədim). Rəsmi saytlarına və Mənim Bakcellim app-lərinə baxıram hələ də bu paketdə qeyd etdiyim sosial şəbəkələri limitsiz göstərir. Sualım Bakcellədir limitsiz olduğunu reklam edib, qoşulanlardan pul çıxmaq oğurluğunuzun müasir formasıdır?