Şikayətim xırdalanda yerləşən bravo marketindəndir. Belə ki yaşadığım ərazi olduğu üçün həmişə burdan alış veriş edirəm və hər dəfə araba çatışmamazlığı ilə rastlaşırıq bu barədə dəfələrlə market müdirinə məlumat vermişəm. Bu gün 3 cü dəfə idi ki eyni hal təkrarlanırdı, belə ki çətinlik ilə araba gözləyib götürmüşəm və alış veriş edən zaman başqa müştəri gəlib mənim yığdığım arabanı gizlin boşaldıb apardı
Bu hal eyni marketdə artıq 3 cü dəfə idi ki təkrarlanırdı deyə marketin müdüri olan xanımın yaxınlaşmasını tələb etdim, baxmayaraq ki markete girəndə xanımı öz gözlərim ilə gördüm amma adminstratorlar onun burda olmadığını dedilər. Mənsə həmişəki kimi araba çatışmazlığı olduğunu və bu səbəbdən də müştərilər biri digərinin arabasını gizlin götürmək məcburiyyətində qalırlar. Bu zaman adminstrator uca səslə " bu bizim yox müştərilərin mədəniyyətsizliyidir onlar arabaları burdan oğurlayıb aparırlar " dediyi zaman marketin daxilində hamının etirazına səbəb oldu və əksəriyyət həqiqətən də marketde araba problemi olduğunu bildirdi. Sonda israrla market müdürəsinin gəlməsini desəm də gəlmədi və işdə olmadığını dedilər. Məndə öz növbəmdə alış veriş etməkdən imtina edib marketi tərk etdim və birdən marketin çölündə dayanan müdür xanımı gördüm və ona olanları deyəndə utanmazcasian mənə burada işləmədiyini dedi , cavabında ona özümün burda yaşadığımı və onu tanıdığımi deyəndə dedi ki iş vaxtım bitib. Qeyd etdiklərimin hamısın telefonda səs yazısı ilə qeyd etmişəm və marketin daxili kameralarındanda baxıb deyilənlərin həqiqət olub olmamasını bilmək olar