İnstagram üzərindən geyim satışı ilə məşğul olan "ayan_moda_life" səhifəsindən şikayətçiyəm.
Məhsul seçib sifariş etmişəm. Mənə dedilər ki, pulu indi karta göndərin kuryer birazdan çıxacaq məhsulunuzu gün ərzində çatdırsın. Bazar günü bütün gün gözlədim ki, məhsulum gələcək. Ən son axşam satıcıya yazdıqda isə dedi ki, sizin sifarişi göndərə bilmədik. Nə bir üzr istəmirlər nə başqa şey.
Deyir ki, sizə görə sistemimizi dəyişməyəcəyik ki. Başa salıram ki, sizə görə, sizin sözünüzə görə bazar günü bütün işimi gücümü atıb sizi evdə gözləmişəm heç olmasa bir quru üzr istəyin. Ən son səs göndərdi ki, sizi bloka atıram, məhsulunuz çatdıqdan sonra blokdan çıxardaram. Məhsul gəlib çatmayıb digər nömrələrdən zəng edirəm, tanıyan kimi blok edirlər. İnstagamdan yazıram, şərhi silirlər. Yazıram cavab vermirlər.