Salam.
Məsələ çox uzundur,bu qədər qısa yaza bildim)
Əgər vaxtınızı alırsa,son cümləyə baxasınız))
Artıq 3 aydır ki,süründürmələr nəticəsində soyuducusuz həyat yaşayırıq.Hər halda yayın bu istisində ərzaqların köhnəlməsi,qorxaraq alınması və s. halı təsəvvür edərsiz.
Qısaca,#BakuElectronics əvvəldən şikayətli olduğumuz məhsulu işləməməyə başladıqda 2 dəfə təmir etdi.1i ev şəraitində motor dəyişdirilməsi,digəri servisə aparılması idi.
Əvvəldən Antiinhisara müraciət etmişdik.Axır ki,22si məhsulu dəyişdirdilər.
Yeni gələn məhsul da digəri kimi passportsuzdur.
Soyutmasında da eyni problemlər.
İlk 14 gün ərzində qaytarma hüququndan istifadə etmək istədik.Ərizə yazdıq.Artıq 1 həftədir ki,müraciət etmişik.
Antiinhisara,Nazirliyə müraciət etmişik
Lakin heç bir nəticə yoxdur.
Bizdən sübut istəyirlər.
Servis xidmətləri bundan əvvəlki zavod deffektli məhsulda problem tapmırdılar,qaldı ki bunda.
Həm maddi,həm də mənəvi ziyan çəkirik.
Məhkəməyə müraciət edəciyik.
Zəhmət olmasa,dürüst və vicdanlı vəkil məsləhət görəsiniz.