Salam.Şikayətim Nizami mst yaxınlığı Anadolu liseyi ilə üzbəüz olan Araz marketdə ki, Baş satıcı Fidan xanımla əlaqədardır.1 aprel itim ilə (Golden Retrivier) gəzinti də olarkən Araza daxil oldum və orda tərəvəz şöbəsində dayanan əməkdaşlar mədəni bir şəkildə mağaza itlə daxil olmaq işarəsini mənə göstərib bildirdilər.Mənim bu barədə məlumatım yox idi. Sadəcə bir su almalı olduğumu Arazın yanında bağlaya biləcəyim bir yer olmadığını bildirdim.Əməkdaşların birindən xahiş etdim ki, mümkündürsə 1 dəqiqəlik saxlasınlar mən su alım çıxım. Əvvəla sağolsun bir personaldan biri köməklik etdi.Tərəvəz şöbəsinə baxırdı deyəsən.Suyu götürüb kassaya yaxınlaşdım kassaya sıxlıq ərəfəsində cəmi 1 kassa işləyirdi.Həmin “Baş satıcı” xanım hərkəsin içərində qışqıraraq rədd elə o iti burax hara gedir getsin tez bura gəl deyirdi həmin oğlana.Xanım it mənimdi mən kassadayam ödəniş edib çıxıram dedim.Mənə göz süzdürərək mən sənlə danışmıram dedi.Sizlə müraciət yox sənlə müraciət edərək.Əvvəla Ramazan ayıdı.Hərkəs xanıma onsuz xanım bir su alıb çıxır deməyinə baxmayaraq xanım yenə öz vəzifə haqqlarından düzgün olmayacaq bir şəkildə rəftar edirdi. Araz market rəhbərliyinə xüsusən vurğulamaq istəyirəm ki, o xanım mədəniyyət etika dərsi keçsinlər.Eyni zamanda o şöbədə olan haqqında töhmet və ya işdən çıxarılma məsələsi olarsa mən bu məsələni lazımı yerlərə bildirəcəm.İnsanlıq etmək bu qədər çətin bir iş değil.Ramazan ayında mağazaya plakat qoymaqla və ya Ramazan endirim etməklə yaxşı olmursuz insanın əməli yaxşı olmalıdır. Mən o mağazaya yenə gedəcəm bu səfər itsiz əgər o yaxşı əməlinə görə işdən çıxarılıbsa və ya töhmət yeyərsə (maaşı kəsilərsə) mən lazımı yerlərlə bu məsələni daha da böyüdəcəm və bu məsələni burda buraxmayacam.