Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyi 1 saylı Gəncə regional ASAN xidmət mərkəzinin direktoru Turqud Mustafazadə tərəfindən Göygöl şəhər Qızılqaya qəsəbə sakini Həsənova Qəribə Hümbət qızına (şəxsiyyət vəsiqəsi : AZE 17743534, 23.01.2018, Asan-Gəncə1) 27.07.2020-ci il tarixdə "Yaşayış yeri üzrə qeydiyyat haqqında" 3490079 № li arayış (Gəncə şəhəri Bakı küçəsi ev 70 ünvanında qeydiyyatda olması barədə) təqdim edilmişdir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsindən 24.02.2023-cü il tarixli 18/2-Ə-2594 saylı məktubunda göstərilir ki, Gəncə ASAN xidmət mərkəzi üzrə regional qrup tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın verilməsinə dair sənədlərin araşdırılması mümkün olmamışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyi 1 saylı Gəncə regional ASAN xidmət mərkəzinin direktoru Turqud Mustafazadə barəsində inzibati qaydada tədbir görülməsini Sizdən müharibə veteranı anası olaraq xahiş edirəm.
Mən ümid edirəm və inanıram müraciətimə vicdanla və məsuliyyətlə baxılacaq