Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu

Şikayətci: AzərRzaoglu

Şikayət sebebi:

X0xhPrRbpDQ4DiePvviQuDQnl61tU72wTtfRpUgs.svg

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti Hüquqlarımızı tələb edək

ÜNVAN
Bakı şəhəri, Səbail rayonu,
Üzeyir Hacıbəyov küçəsi, 84 Hökumət Evi, 7-ci qapı

TELEFON
(+99412) 5997600
(+99412) 5997682/83

FAKS
(+99412) 4972408

E_MAIL
[email protected]

VEB-SAYT
https://www.competition.gov.az

INDEKS
AZ1000

Xarab, qırıq məhsul

(Qüsurlu məhsulun dəyişdirilməsi və istehlakçı hüquqlarının pozulmasına görə) Mən, Rzayev Azər Rza oğlu, 24 aprel 2024-cü il tarixində Umico onlayn alış-veriş platforması vasitəsilə iPhone və televizor sifariş etmişəm (sifariş nömrəsi: 11004538489). Məhsullar həyat yoldaşımın ad günü münasibətilə hədiyyə məqsədilə alınmışdır. Televizoru yalnız 30 aprel 2024-cü il tarixində, həyat yoldaşıma ad günü sürprizi etmək məqsədilə qutudan çıxarmışam. Bu zaman televizorun ekranının daxildən zədələnmiş və çatlamış olduğunu görmüşəm. Zədə açıq şəkildə daşınma və ya istehsal qüsurudur. Məhsul alındığı gündən bu tarixədək açılmamışdır. Həmin gün – 30 aprel tarixində – dərhal Umico ilə əlaqə saxlamış və məhsulun dəyişdirilməsini tələb etmişəm. 08 may 2025-ci il tarixində Umico nümayəndəsi ilə telefon danışığında mənə bildirildi ki, məhsulun dəyişdirilməsi mümkün deyil və güya bu zədə mənim tərəfimdən törədilib. Bu iddia heç bir texniki baxış və ekspertiza keçirilmədən, sadəcə fərziyyəyə əsasən irəli sürülmüşdür. Halbuki həmin telefon danışığında mən Umico nümayəndəsinə açıq şəkildə bildirmişəm ki, əgər televizorun zədəsinin mənim tərəfimdən törədildiyi sübuta yetirilərsə, iddiamdan tamamilə imtina edəcəyəm. Lakin Umico məhsulu qəbul etməmiş, heç bir texniki və ya ekspertiza baxışı təşkil etməmiş, amma birtərəfli şəkildə məsuliyyəti mənim üzərimə yükləmişdir. Əlavə olaraq, Umico-nun mobil tətbiqində geri qaytarılma statusunda “müştəri tərəfindən imtina” səbəbi göstərilmişdir. Mən isə geri qaytarmadan imtina etməmişəm və bununla bağlı heç bir yazılı və ya şifahi razılıq verməmişəm. Bu, faktların təhrif olunması və istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır. Qanunvericiliyə əsasən – Azərbaycan Respublikasının “İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” Qanunun 15-ci maddəsinə və Nazirlər Kabinetinin 20 aprel 2021-ci il tarixli 151 nömrəli qərarına əsasən, onlayn alış zamanı məhsul 14 gün ərzində heç bir səbəb göstərilmədən geri qaytarıla bilər. Mən bu hüququmdan istifadə etmişəm və müraciətim qanuni müddət çərçivəsində – 6 gün sonra, yəni 30 aprel tarixində edilmişdir. Buna baxmayaraq, Umico bu qanunu heçə sayaraq, geri qaytarma müddətinin guya yalnız 3 iş günü olduğunu bildirib və müraciətimi əsassız şəkildə gecikmiş hesab edərək rədd etmişdir. Halbuki məhsul 24 aprel tarixində alınmış, 30 aprel tarixində isə geri qaytarılmaq üçün müraciət edilmişdir – bu isə qanunla müəyyən edilmiş 14 günlük müddətin tam içindədir. Üstəlik, məhsulun zədəli olması səbəbilə həm maddi zərərə, həm də mənəvi zərərə məruz qalmışam – xüsusən, ad günü sürprizinin pozulması və qonaqlar qarşısında biyabır olmaq şəklində. ⸻ Xahiş edirəm: 1. Qüsurlu televizorun eyni model ilə dəyişdirilməsi və ya məbləğin (qiymətinin) geri qaytarılması barədə qərar qəbul edilsin. 2. Cavabdehin heç bir texniki baxış keçirmədən məsuliyyəti mənim üzərimə qoyması hüquqi qiymətləndirilsin. 3. Umico-nun mobil tətbiqdə yanlış status göstərərək “müştəri tərəfindən imtina” yazması hüquqi qiymət alsın. 4. Mənəvi zərərin ödənilməsi məsələsinə də baxılsın.

DİQQƏT DİQQƏT !!!!

Qumar, mərc, kazi̇no saytı və ya qumar mobi̇l programlari və ya buna bənzər whatsapp , teleqram qrup və ya kanallardan uzaq olun !!! Əziz Azərbaycan xalqı bu işlərdən sizə nəzərən daha çox məlumatı olan biri olaraq deyirəm. Bütüm lotoreyya, qumar və kazino oyunların tək məqsədi SIZIN PULUNUZU ALMAQDIR , SIZƏ PUL QAZANDIRMAQ YOX. İnanilmaz miqdarda ferqli ferqi internet ortamlarından şikayətlər alırıq və bunların hamisini yayımlamaq imkanımız olmur. Bu cür saytlara bank kartinizi məlumatlarını yazmayın. Whatsapp, Teleqram ve ya diger sosyal sebeke quruplarinda 10 manat verin 100 manat olaraq size qaytaraq deyenlere inanmayin. Bu qeder cahil aldanmaqa meyilli olmayin !!! Yaxin dostlarini və etrafinizdaki insanlari bu kimi şeylerdən çəkindirin. 

Express Your Reaction
Like
Love
Haha
Wow
Sad
Angry

Bəs sizcə kim haqlıdır ?

Bildirşlərə abunə ol
Bildirş
0 Şərh
Inline Feedbacks
View all comments

haqqında digər şikayətlər

Daha çox görmək üçün daxil ol

Bəs sizcə kim haqlıdır ?

Şikayət sebebi:

Şikayətci: AzərRzaoglu

Şikayət olunan:

Yayımlandı: 4 saat əvvəl

Redakte edildi: May 8, 2025