Salam. Mən dünən, 8 noyabır, 22:45-də Axundov bağındakı dayanacaqda 10 nömrəli avtobusa minmək istəyirdim lakin dolu olduğunu görüb çəkildim. Sürücü və öndəki sərnişin arxadan minə biləcəyimi bildirdi. Mən öndən bir xanım sərnişinə baku bus kartımı verdim ki, mənim üçün vursun, xanımda vurdu lakin mənə kartı qaytarmamış sürücü qapını bağladı. arxa qapını açdı təzədən bağladı hərəkət etdi. İstədim öndən kartı xanımdan alım, bunu bilməsinə baxmayaraq sürücü məhəl qoymadı. 2ci dəfədə arxanı açdı tez bağladı, minməyə imkan vermədi. Və beləliklə kartımda sərnişinlə getdi. Qeyd edimki avtobus sürətlə hərəkət etdiyi üçün nömrəsini də götürə bilmədim.
Sizdən xahişim bununla bağlı bir tədbir görməniz və mənim kartımı içindəki balansı ilə (5.20₼ idi xanım vurduqdan sonra 4.80 qalmalıdır) geri verməyinizdir.
Öncədən təşəkkürlər.
Hörmətlə Ziba xanım