Mənim 99RR779 dövlət nömrə nişanlı VW avtomobilim 28 noyabr tarixində parkinqdə durduğu vaxt Audi 10RA271 avtomobili tərəfindən vurulmuş, nəticədə avtomobilin sol qabaq qapısı, sol arxa qanadı, sol içəri dayağı və fənəri zədə almışdır. Polis hadisəni qeydə alaraq mənə dəymiş ziyanın ödənilməsi üçün qarşı tərəfin sığortaçısı AZSIĞORTA MMC-yə yönləndirmişdir.
Rəsmi servisdə zərər 980 AZN olaraq qiymətləndirilmişdir. Lakin AZSIĞORTA rəhbərliyi absurd olaraq rəsmi servisin xidmətlərinin baha olması bəhanəsilə əvvəlcə vizual olaraq 350 AZN, sıradan başqa servis qiymətləndirməsindən sonra 450 AZN olaraq qiymətləndirdi. Təbii ki, razı olmadığım təqdirdə iş müstəqil ekspertə getdi və ekspert zərəri 780 AZN qiymətləndirdi. Bundan sonra sığorta agentliyi mənə 650 AZN maksimal məbləğ ödəyə biləcəyini bildirdi. Ekspertin rəyinə də məhəl qoymadı, şikayət edəcəyim təqdirdə də heç nə etməyəcəklərini bildirdilər. Məsələ ictimai məsələdir çünki heç bir dövlət qurumu bununla bağlı tədbir görəcəyi barədə dəqiq məlumat verməyib. Əminəm mənim məsələm kimi yüzlərlə məsələ gündəmdədi, sığorta şirkətinə düşən işlərin çoxu get-gəldə, süründürməçilikdə və insanlarının hüquqlarının tapdalanması ilə nəticələnir