Şikayətim "Qanun" nəşriyyat evindəndir.
Bu həftə iki Qanun nəşri kitab oxudum və 26 illik ömrümdə bu qədər stress keçirdiyimi xatırlamıram.
Tərcümə səhvləri, felin zamanları bir-birinə girib, cümlə tamamlanmadan nöqtə qoyulub... Hələ eyni cümlənin eyni abzasda 2-3 dəfə yazılması...
Bundan əvvəl oxuduğum "Yaşıl mil" kitabında isə adi "tapşırdı" sözünü sətirdən-sətirə düzgün keçirə bilməmişdilər və o formada səhvlər kifayət qədər idi.
Hörmətli "Qanun" nəşriyyatı, ölkənin ən böyük nəşriyyatlarından birisiniz, kifayət qədər büdcəniz də var. Anlamıram, daha çox qazanmaq üçün orta məktəb şagirdlərinə tərcümə etdirib, ibtidai sinif şagirdlərinə redaktə etdirir, korrektəni də çap maşınına nəzarət edən işçinin ümidinə buraxırsız, nədir?!
Ölkədə kifayət qədər çox nəşriyyat yoxdur, olsa belə, axtardığımız kitab hər nəşriyyatda olmur. Belə keyfiyyətsiz nəşrlərə heç də az olmayan məbləğlər verməyə ürəyim ağrıyır. Məcbur ya PDF oxuyuram, ya da başqa dildə alıram.
Bu qədər bacarıqsız, başdansovdu iş görəcəksinizsə, bari klassik əsərlərə toxunmayın. Dönərxana flayerlərində Azərbaycan ədəbi dilinə daha çox hörmət olunur, nəinki sizin nəşrlərinizdə.