Salam hər kəsə.
Sizlərə Salyan rayon mərkəzi xəstəxanasının iyrəncliyindən uzun uzun danışmaq istərdim amma bu iyrəncliklərdən danışdıqca əsəb sinir sistemim korlandığına görə orda olan pul dilənən həkimlər və ya məcburi soxuşdurulan firma dərmanlarından heç nə deməyəcəm. Eyni problem üçün 3 həkim yanında oldum hərəsi bir nağıl danışdı. Dövlət xəstəxanası görün nə gündədir ki, xəstəxananın içində süd, qatıq, turşu, dolma üçün yarpaq və s. satan insanlar gördüm, əməlli başlı sözün həqiqi mənasında bazara dönüb. Hələ liftin içinə qoyulan 1 nəfər işçinin 3 nəfərdən artıq liftə adam mindirməməsi ( 13 nəfərlik liftdir və işləkdir) minənlərdən isə qəpik ( liftpulu) almaqları ayrıca iyrənc bir mənzərə idi. O xəstəxanaya getmək insanların sağlamlığı üçün həqiqətəndə zərərlidir. Mən buna əminəm. Allah heç bir xəstənin yolunu o xəstəxanaya salmasın. Amin
Salam. Sizin yazdığınız bu mövzu barədə çox üzgünəm. Məndə jurnalist olaraq bu mövzuda araşdırma edirəm. Sizin mənə kömək edəcəyinizi düşünürəm. Mən sizinlə necə əlaqə saxlaya bilərəm?