Mən Xəlilova Billurə Zaur qızı şikayətim ondan ibarətdir ki, dünən saat 19:33 də 99JK737 qeydiyyat nişanlı160 nömrəli avtobusa anamla mindik.160 gec gəldiyi üçün qarşısında bir çox insan sanki ölüm qalım məsələsiymiş kimi bir birini itəliyirdi.O sıxlıqda avtobusa mindiyimiz üçün və kartda məndə olduğu üçün anama dedim keç mən kartı vuracam.Bunu eşitməyinə baxmayaraq sürücü yüksək səslə anamın üstünə qışqırmağa başladı "ay xanım kartı vur "deyərək, şiddətə meyilli bir şəkildə, sürücü və sərnişin arasındakı şüşə lövhəyə vurmağa başladı.Mən ona əlimdəki kartı göstərməyimə baxmayaraq səhvini qəbul edib üzr istəmək yerinə daha da qışqırmağa başladı.Biz orda çox reaksiya vermədik,ama bir Azərbaycan xanımına bu cür reaksiya bizi məyus etdi.Heçkimin haqqı yoxdur ki, bir qadının üstünə o tonda qışqırsın.Xahiş edirik bu sürücüylə bağlı bir tədbir görəsiniz.