Baku Electronics mağazasında Xiomi 13 lite almışam. Alanda da satıcıdan soruşdum zaretka ilə bağlı problem yaratmayan telefon məsləhət görsün. Nəysə Xiomi 13 lite almışam 2 aydı telefonu işlədirəm. Telefon ilə 20 dəqiqə davamlı bir iş görən kimi telefon qızır. 3 saat içində 50% zaretka düşür. Qızıl zəmanət ilə servisə yaxınlaşmışam. Batareykanın dəyişilməli olduğunu deyir. 60 Günə kimi batareyka gəlməlidi, 14 iş günü içində də batareyka dəyişilməlidi. Mən başa düşə bilmirəm ki, Bakının hansısa kəndində telefon təmiri ilə məşğul olan mağazada bu batareykadan olduğu halda, hər gün yüzlərlə telefon satan Baku Electronics servis mərkəzində necə bu bataryadan yoxdu. Əlavə olaraq bir batareykanın dəyişilməsi niyə bu qədər uzun çəkir. Niyə mağazanın probleminə görə müştəri əziyət çəkməlidi. Qızıl zəmanət üçün o qədər pul ala bilirlər, amma müştərinin problemini həll etməyə gələndə bacardıqları qədər incidirlər. Belə xidmət olmaz. Ətrafımda tanıdığım, salam verdiyim hər bir insana bir də sizin mağazadan heçnə almaması barədə yaşadıqlarımı danışacam. Məhsul 0, Xidmət 0, Qiymətlər baha.