Şikayətim Gənclik Mall da yerləşən Pak Dad restoranındandır. Belə nə paklık olar, nə də adam ağzında dad hiss edər. Yeməkləri vitrinə düzüblər, amma qiymətlər yox. Bir balaca nimçədə salat, plastik stəkanda ayran, yarım pors soyuq düyü və toyuq əti parçası... kassaya çatdım 12 manat ödəməli olduğumu bildirdilər. Başa düşürəm ki, ticarət mərkəzidi, amma bu yeməklər üçün 12 manat hədsiz dərəcədə çoxdu. Özünə xidmət, əlində yemək oturmağa yer axtar, plastik qab işlət və 12 manat ödə. Mən aldandım, başqaları aldanmasın. Yeməyin qiymətlərini vitrinə yazsınlar, müştəri işini bilsin. Ayıbdı!