23.10.2023-cü il tarixdə naməlum şəxslər tərəfindən mənim və qonşularımın "Smart" tipli qaz sayğacları mexaniki qaz sayğacları ilə dəyişdirilərək oğurlanıb. Üstünə vurulmuş plombdan aydındır ki, bu əməl piratlar və onlara rəvac verənlərin tərəfindən törədilib. İstismar müddətində işləməsindən narazı olmadığımız "Smart" tipli sayğacların aidiyyəti üzrə mənzil sahibinə xəbər verilmədən, heç bir rəsmi sənəd tərtib olunmadan, fərqi yoxdur kim tərəfindən hansı niyyətlə (oğurlanması, mənimsənilməsi) götürülməsi cinayət hadisəsidir. Əgər sökülməsi Dövlət səviyyəsində hamı üçün vacibdirsə, onda hamıdan bir nəfər kimi. Daha oğruncasına qapıya baxıb yox. Qaytarıb yerinə asmaqlarını xahiş edirəm. Əks-təqdirdə aidiyyəti orqanlara müraciət etmək məcburiyyətindəyəm.