ÜNVAN
Bakı şəhəri, Səbail rayonu,
Üzeyir Hacıbəyov küçəsi, 84 Hökumət Evi, 7-ci qapı
TELEFON
(+99412) 5997600
(+99412) 5997682/83
FAKS
(+99412) 4972408
E_MAIL
[email protected]
VEB-SAYT
https://www.competition.gov.az
INDEKS
AZ1000
Mən 0775717171 nömrəsinin uzunmüddətli istifadəçisiyəm. Bu nömrə əvvəllər Nar Mobile-da olub, sonra rəsmi şəkildə Azercell-ə daşınıb (MNP). Lakin Nar operatoru, bu nömrə üzərində heç bir hüquqa malik olmadığı halda, 2025-ci ilin iyun ayında nömrəni xəbərdarlıq etmədən deaktiv edib və qanunsuz olaraq satıb. --- 🕒 Hadisənin xronologiyası – tam tarix və saatlarla: 📅 21 iyun 2025 – sadəcə balans artırmaqla bağlı bir SMS aldım. → Heç bir rəsmi xəbərdarlıq, yazılı bildiriş və ya zəng edilmədi. 📅 22 iyun 2025 – günün sonunda nömrə şəbəkədən ayrıldı. Zəng və SMS işləmir, mobil internet yoxdur. 📅 23 iyun 2025, saat 08:00 – Nar operatoruna zəng etdim. Cavab verdilər ki, “nömrə artıq satılıb, başqa şəxsin adınadır.” Lakin bu real deyildi! Çünki 0775717171 nömrəsi WhatsApp-da bu günə qədər – 19 iyul 2025 tarixinədək aktiv olub! → Bu da sübut edir ki, nömrə dərhal satılmayıb, sadəcə məni aldatmaq üçün belə deyilib. Bundan əlavə, həmin nömrənin narsim.az saytında satışda olduğunu da gördüm – əvvəlcə 255 AZN, sonra 1200 AZN. --- ❗️ Nar Mobile-ın yalan və məsuliyyətsiz davranışı: Operator mənə “nömrə artıq satılıb” desə də, nömrə realda aktiv idi – bu da göstərir ki, nömrə mənə geri qaytarıla bilərdi, lakin məqsədli şəkildə qarşısı alınıb. Daşınmış nömrəyə müdaxilə etmək Nar-ın səlahiyyətində deyil. Bu, qanun pozuntusudur. --- ⚖️ Qanun pozuntuları: 1. Nazirlər Kabinetinin 242 saylı qərarına görə nömrə yalnız borc və yazılı xəbərdarlıq olduqda deaktiv edilə bilər. Bu şərtlər yerinə yetirilməyib. 2. Mobil Nömrə Daşınması (MNP) qaydalarına görə, daşındıqdan sonra əvvəlki operatorun nömrə üzərində heç bir hüququ yoxdur. 3. Bu nömrə mənim şəxsi WhatsApp, MiCloud, bank və sosial media hesablarıma bağlı idi. İndi şəxsi məlumatlarım üçüncü şəxsin əlinə keçə bilər. --- 📢 Tələb edirəm: ✅ 0775717171 nömrəsi mənə, yəni əvvəlki istifadəçiyə geri qaytarılsın. ✅ Nar Mobile rəsmi və ictimai şəkildə izahat versin – niyə nömrə saxtakarcasına "satılıb" adlandırılıb, amma realda aktiv olub? ✅ Qanun pozuntusuna yol verən şəxslər məsuliyyətə cəlb olunsun. --- Bu, artıq təkcə mobil nömrə məsələsi deyil – şəxsi həyatın, hüququn və məlumatların pozulmasıdır. Bu gün mənim başıma gəldi, sabah hər hansı vətəndaşın başına gələ bilər. Xahiş edirəm, məsələ ictimai şəkildə araşdırılsın.
Qumar, mərc, kazi̇no saytı və ya qumar mobi̇l programlari və ya buna bənzər whatsapp , teleqram qrup və ya kanallardan uzaq olun !!! Əziz Azərbaycan xalqı bu işlərdən sizə nəzərən daha çox məlumatı olan biri olaraq deyirəm. Bütüm lotoreyya, qumar və kazino oyunların tək məqsədi SIZIN PULUNUZU ALMAQDIR , SIZƏ PUL QAZANDIRMAQ YOX. İnanilmaz miqdarda ferqli ferqi internet ortamlarından şikayətlər alırıq və bunların hamisini yayımlamaq imkanımız olmur. Bu cür saytlara bank kartinizi məlumatlarını yazmayın. Whatsapp, Teleqram ve ya diger sosyal sebeke quruplarinda 10 manat verin 100 manat olaraq size qaytaraq deyenlere inanmayin. Bu qeder cahil aldanmaqa meyilli olmayin !!! Yaxin dostlarini və etrafinizdaki insanlari bu kimi şeylerdən çəkindirin.