Salam.2 qrup aprel döyüşləri əlili,ehtiyatda olan zabitəm. Xaiş edirəm əgər bu sayt doğurdan vətəndaşların şikayətlərini lazimi qurumlara çatdırmaqla məsguldursa bir qazi kimi sizdən prablemimi həll etməkdə mənə köməklik etməyinizi xahiş edirəm. Səhhətimin müalicəsi üçün Kapital bankdan kredit əldə etmişəm və bəli boynuma alıram ki gecikmələrim olub .lakin Kapital bank tərəfindən cərimə və faizi ilə birlikdə hər ay tutulub.Bu yaxınlarda xarici ölkəyə müalicə üçün yığdığım pulu sərhədlərin qeyri müəyyən vaxta qədər bağlı olduğu üçün kapital və digər bank borclarımı bağlamaq qərarına gəldim və bağladım 13000azn. İndi heçbir borc öhdəliyim olmadığı halda 1220azn təqaüd aldığım halda kapital banka 1000azn üçün müraciət etdikdə rədd cavabı aldım. Uğruna canımı qoyduğum vətənimdə təqaüdüm 1220azn kapitalbanka 1000azn üçün müraciət edib rədd cavabı almaq inanki bir qazi kimi məyus oldum .indi tək çarəm kartımi hər hansı bir təpəciyə( faizə pul verən ) birinə qoyub pul götürməkdir. Mənə köməklik etməyinizi rica edirəm
Şikayət müzakirəyə açıqdır