179 və 173 nömrəli marşrutlar Pirşağı yolunda gedən təmirlə əlaqədər sərnişinlərə xidmətdə məsuliyyətsizlik edirlər. Alternativ yolların olduğunu bilə-bilə sərnişinlərə əziyyət edirlər. Uşaqlarını bağçaya, məktəbə, müxtəlif kurslara aparan valideynlər, işə tələsən insanlar neçə kilometrlərlə yolu piyada gəlməli olurlar. Halbuki qeyd etdiyim marşrutlar alternativ yoldan istifadə edərək insanların bu əziyyətlərinin qarşısını ala bilərlər. Bu məsələ araşdırılmalı və insanlara bu əziyyəti yaşadanlara xəbərdarlıq edilməlidir. Bu problem yaşanmamalıdır. Vətəndaş olaraq tələb edirəm ki, bu problem aradan qaldırılsın.