Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
granmart

Mover az

Müqayisə et

62 şikayət 3 təşəkkür

9009
www.mover.az

Moverin sahibi kimdirse bu millete bir açıqlama versin! Dekabr ayının 5 de sifariş etmişem. Ayın 21 den bct da yatır, digeri ise 10 gündür uçur statusundadır. Konkret olaraq milleti dolayıblar. Artıq aidiyyeti orqanlara şikayet etmeyin vaxtıdır. Göz göre göre camaatı…

28 Dekabr 2020
0

Salam. Moverla dekabrin ayinin 4 de sifarish vermishem. Sifarish dekabrin 9 dda xarici anbara catdirilub, anbardan 6 gun sora yola salinib , 5 gen uçub göydə , ayin 21 den Baku Cargo terminalda göstərilir . Movera 15 gundur yazdigim hecbir…

28 Dekabr 2020
0

Salam.Vaxti vaxtinda catdirilmani etmirler,cox gecikmeler olur ve gelmeyen mallarim var.Sentabr ayinda sifariw elediyim malimi indiyene kimi getirmeyibler ve ariwtirmani aparmayiblar.Defelerle muraciyet etmiwem,amma hec bir netice olmayib.:(Bunlari catdirmayiblar

21 Dekabr 2020
0

Men bu qeder mesuliyyetsiz insanlar görmemişdim. İyul ayından bəri bakı anbarında olan bağlamam hələ də gəlib çatmayıb. Bugünün tarixi 6 noyabr 2020 siz hesablayın. 4 aydır ki bu zibil bağlamanı gözləyirəm nə qədər yazdım nə qədər şikayətlər etdim xeyri yoxdur…

06 Noyabr 2020
0

bilmirem hara shikayet edim. zeng edirsen covidnen elaqe cavab vermirler.emaile yazirsan 100 defe cavab vermirler. Servis cox berbat

03 Noyabr 2020
0

Menim iyulun 2 den sifaris elemiwem 26 baglamama catibdir smsi aldim ve 400 manat daniwma haqqi odedim. 20 baglamami goturdum 6 baglamam ise helede buqungundur verilmir. Her gun 5.10 manatliq kontur yukleyib movere zenq edirem yarim saat xette qozleyirem her…

18 Avqust 2020
0

Mover servis sıfır. müştəriyə xidmət sıfır. bağlamaların anbara satici terefinden çatdırılmasına baxmayarağ hələ də çatmayıb statusundadır. müraciət etdiktə eyni cavablar araştırılacaq lakin heç bir nəticə yoxdur. ilk maksimum 15 gün deyildi indi isə 30 gün çəkə bilər araştırma deyilir. bütün…

Bu şirkətin yiyəsi var?Məncə yoxdu olsaydı yani bu qedər söz götürməzdi,yada ki şirkətin təməli belədi 17 nən gömrükdə işlər bitib,bağlama ofisə çatmır,zəng edirsən yazırsan deyir bu həftə hələn həftə,indi mənən yazıblar araşdırma gedir.Nəyim araşdırması?Məhsul keçib gömrükdən bir başa ofisə gəlməlidi…

25 Dekabr 2019
0

Salam! Yene sikayetim Mover azdan di milletin pulunu alib mallarinkargoda itirmekden yorulmadilar..bura sikayet yazdigdan sonra burdan bir xanim mobil nomresinin sonu 90-19(sonradan dedi is nomresidi) imam sofetinden zang vurduki bes sikayet elemin men ozum maraglanacam(belkede 10 cu operator idi) 4…

05 Avqust 2019
0

Mover.az

“Mover” MMC express logistika şirkətidir. 2015-ci ildən bəri Azərbaycan bazarında fəaliyyət göstərən şirkət bu günə qədər 60 mindən çox fiziki şəxsin 3 milyondan artıq yükünü müxtəlif xarici ölkələrdən Azərbaycana gətirib, o cümlədən ölkə daxilindəki ünvanlara əldən təslim edib.

Şirkət Azərbaycan qanunvericiliyi ilə qadağan edilməmiş hər növ yüklərin xarici ölkələrdən Azərbaycana və Azərbaycan daxilində qapıya çatdırılması ilə məşğuldur. Ölkəxarici və ölkədaxili elektron ticarət platformalarından verilən sifarişlərin ünvana çatdırılmasını da həyata keçirən “Mover” MMC bugünə qədər yarım milyondan çox bağlamanı Azərbaycanın müxtəlif bölgələrindəki müştərilərinə təhvil verib.

Mover MMC hazırda müştərilərinə elektron ticarət logistikası, anbar, havayolu karqo, dəniz daşımaçılığı, tarixi və sənət əsərlərinin, təhlükəli maddələrin və temperatur həssaslığı olan bağlamaların daşınması, qapıda təslim, onboard, alış-veriş köməkçisi və çarter xidmətlərini təklif edir.

Mover MMC eyni zamanda yazışmalar, işgüzar sənədlər, şəkillər, bədii açıqcalar, reklam-məlumat çap materialları, sxemlər və əlyazmaların, həmçinin, dövri çap və poliqrafiya məhsulları kimi poçt daşımalarına daxil olan hər cür yüklərin göndərilməsini də həyata keçirir.

Beynəlxalq Hava Nəqliyyatı Asossiasiyasının (İATA) Azərbaycandakı yeganə üzvü olan Mover MMC beynəlxalq aləmdə də özünəməxsus yerə sahibdir. Azərbaycanın 40-a yaxın şəhər və rayonunda 7 ofis və 50-dən çox Mover Məntəqələrinə sahib olan Mover MMC ölkədə bu sahədə ən böyük şəbəkəyə sahibdir və gündən günə böyüyür. Məqsədimiz ölkənin hər bir nöqtəsindəki müştərilər üçün əlçatan olmaq və onların məmnuniyyətini qazanmaqdır.

Mover.az əlaqə

Bakı anbarı
[email protected]
*9009
Füzuli küçəsi 65, Fransız institutunun yanı

Əhmədli anbarı
[email protected]
*9009
Məhəmməd Hadi 130A ( Əhmədli metrosu, Coffemania ilə üz bə üz)

Sumqayıt anbarı
[email protected]
*9009
H.Əliyev 5/81 45-ci məhəllə (Tarix muzeyi ilə üzbəüz)

Gəncə anbarı
[email protected]
*9009
Heydər Əliyev prospekti 639B

Necə sifariş edim?

Mover.az saytında qeydiyyatdan keçməklə bizim xaricdəki ofisimizin ünvanını əldə edirsiniz. Bundan sonra Türkiyə, ABŞ və BƏƏ-dəki onlayn alış-veriş saytlarından sifariş edərkən ünvan hissəsində bizim saytımızdan əldə etdiyiniz ünvanı qeyd edib, sifarişinizi tamamlayırsınız. Satıcı firma sifarişinizi Mover`in xaricdəki anbarına çatdırır. Biz satıcı firmadan təhvil aldığımız bağlamanızı Azərbaycana gətirir, istəyinizə uyğun olaraq, ünvanınıza çatdırırıq.

Sifarişim neçə günə çatdırılır ?

Çatdırılma müddəti sifariş verdiyiniz saytdan asılıdır. Satıcı firmalarda çatdırılma müddəti 3-7 gün olur. Həftəsonları və rəsmi bayram günləri çatdırılma müddətini uzada bilər. Satıcı firma sifarişinizi Mover`in xaricdəki anbarına çatdırdıqdan sonra ən gec 3 gün ərzində bağlamalarınız Azərbaycanda olur.

Mover.az xaricdəki ünvanını

Xaricdəki ünvanlarımızı əldə etmək üçün Mover.az saytında qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçdiyiniz mail ünvanı və şifrənizi yazaraq sistemə daxil olduqdan sonra xaricdəki ünvanlarımız görünəcək.

Çatdırılma qiymeti necə hesablanır?

Sifariş olunan bağlamanın çatdırılma haqqı çəkiyə görə hesablanır. Ölçüsü 1 metrdən böyük olan bağlamaların çatdırılma haqqı həcmi çəkiyə görə hesablanır. Həcmi çəkinin hesablanması üçün en*hündürlük*uzunluq/6000 standartı tətbiq edilir.

İş günləri və saatları?

Bazar günləri istisna olmaqla həftə içi hər gün :
Müştəri xidmətləri: 10:00 – 20:00
Çağrı mərkəzi: 10:00 – 00:00
“Sifariş et” xidməti: 10:00 – 23:30
Bağlamaların təhvili: 10:00 – 00:00

Qarşısında "Demo data" yazılmış qrafiklər toplanmış dataların azlığı səbəbi ilə hazırda aktiv edilməmişdir. Demo datalardakı grafiklərdə ölçümlər demo olaraq mövcuddur və doğru deyil.

Şirkətin reytinqi

  • Şikayətləri həll etmə fazi ( Demo data )

    0%

2022 Şikayət sayı

  • Yanvar: 9
  • Fevral: 7
  • Mart: 2
  • Aprel: 7
  • May: 3
  • İyun: 0
  • İyul: 3
  • Avqust: 7
  • Sentyabr: 3
  • Oktyabr: 5
  • Noyabr: 2
  • Dekabr: 14
  • 2022 Təşəkkür sayı

  • Yanvar: 2
  • Fevral: 0
  • Mart: 0
  • Aprel: 0
  • May: 0
  • İyun: 0
  • İyul: 0
  • Avqust: 0
  • Sentyabr: 0
  • Oktyabr: 0
  • Noyabr: 1
  • Dekabr: 0
  • Şikayət sayı

    62

    Təşəkkür sayı

    3

    Bu günə qədər yazılan şikayət sayı

    69

    Oxşar şirkətlər