Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
granmart

Mover az

Müqayisə et

62 şikayət 3 təşəkkür

9009
www.mover.az

Mover.az – olduqca məsuliyyətsiz, keyfiyyətsiz xidmətdir. Nə telefona cavab verirlər nədə ki, sifarişi vaxtında çatdırırlar. Nə badə sifarişlərinizi bu xidmət vasitəsilə verəsiniz, əsəb xəstəliyinə tutulacaqsınız. Nümunə üçün deyim ki, 08.01.21 tarixində verilən sifariş bu günə qədər (27.01.21) hələdə Türkiyə anbarında…

28 Yanvar 2021
0

Mover hər həftə eyni yalanı və eyni şablon sözləri deyir zəng edirsen sıra nömrən 26 dan başlayır vaxtını itirib gözləyirsən sonda cavab o olur ki bəs barkod gəlməyib hər hətfə eyni söz 20 gündür mən barkod gözləyirəm mən vaxtımı və…

20 Yanvar 2021

27 noyabr 2020 tarixində Trendyol-dan aldığım məhsulları mover.az ilə gətirtmək qərarına gəldim. ən səhv qərarlarımdan biri oldu. 5 məhsuldan yalnız biri təhvil üçün hazırdır. Qalan 4 məhsul 29 dekabrdan bəri Bakı anbarında “çeşidlənir” və təhvil verilmir. *9009 nömrələrinə zəng edirəm,…

16 Yanvar 2021
1

Bu gün mesaj gəldi ki artıq təhvil üçün hazırdır, çox gec də olsa çatdırdılar çox şükür. Bu arada mobil tətbiqlərini də yeniliyib yaxşılaşdırıblar. Ümid edirəm düzəldərlər özlərini. Mən daha sifariş verən deyiləm buradan. Amma yenə də sağ olsunlar ki nəhayət gətirib çıxartdılar.

Qətiyyən bu şirkətlə iş görməyin və hamıya da pisləyin. Mən çox narazıyam bu şirkətdən, əgər şirkət demək mümkündürsə. Mən sifarişimi düz 60 gün əvvəl vermişdim, yəni 30.10.2020 amma o vaxtdan bəri 25 gün anbarda qaldı sora birtəhər bakıya çatdırdılar amma…

12 Yanvar 2021
0

22 dekabrda verdiyim sifariş hələ də çatmayıb.Anbarda qalıblar. Biri də gömrükdə ilişib qalıb. Mən bu kargonun sirketinin bu qədər məsuliyyətsiz olduğunu bilmirdim. Hamsinin rənginə ölçüsünə kimi beyennamede yazmışam. Niye bu qədər yubanır bilmirem.

Moverdən mail gəldi. Üzrxahlıq etdilər və 8 yanvara kargolarımən çatacağına əminlik yaratdılar. Səmimiyyətlərinə inandım???? inşaAllah təkrarlanmayacaq deyə ümid edir və narahatlığıma son qoyduqlarına görə təşəkkür edirəm .

Mən hələ belə məsuliyyətsiz, belə ləng işləyən firma görməmişəm. Bağlamam 2 həftədir gəlib airporta. Baku cargo terminalda gözləyir. Amma 2 həftədir bunlar onu gətirib çatdırmır. Nə yazıya baxırlar nə zəngə. Öz keflərilə. Özüdə belə rəqib firmalar varkən. Starex maşaAllah nə…

01 Yanvar 2021
1

Hədsiz gecikmələr olur sifarişlərimizdə.Hətta 2 aydır ki,bağlamam hələdə türk anbarında qalıb marsqlanan yoxdur.Nə mesajlara cavab verilir nə də məsuliyyətlə yanaşırlar.

Mən bu qədər məhsuliyyətsiz şirkət görməmişəm. Demək noyabr ayında bakiya göndərilən bağlama 10 gün gömrükdə qaldı. Bildirdilər ki, gömrükdə problem var idi o səbəbdən belə gecikmə oldu. İnandım və növbəti sifarişimdə belə bir problem yaşanmayacığını ümid edərək, yenidən sifariş verdim….

30 Dekabr 2020
0

Mover şirketi baglamalarimi 2aya 2ay yarıma hetta getirir və getirdiyi baglamanin birinin kargo paketi acilib 2eded mehsulun biri oğurlanb. Bir diger baglamama tehvil verildi statusu verilib ve men onu tehvil almamşam. 3 müşteri xidmetlerine zeng vururam 20deyqe gozlemeli oluram 3m…

30 Dekabr 2020
0

Salam. Bu shirket barede artiq hara nece shikayyet edeceyimi bilmirem. Noyabirin ilk heftesi etdiyim sifarishleri bir aydan da cox muddetde yeni Dekabirin 10 getirdiler Bakidaki anbarlarina. Ayin 11den ceshidlenir statusunda olan baglamami men bunlardan ala bilmirem. Telefonla dushmek mumkun deyil…

29 Dekabr 2020
0

Mover.az

“Mover” MMC express logistika şirkətidir. 2015-ci ildən bəri Azərbaycan bazarında fəaliyyət göstərən şirkət bu günə qədər 60 mindən çox fiziki şəxsin 3 milyondan artıq yükünü müxtəlif xarici ölkələrdən Azərbaycana gətirib, o cümlədən ölkə daxilindəki ünvanlara əldən təslim edib.

Şirkət Azərbaycan qanunvericiliyi ilə qadağan edilməmiş hər növ yüklərin xarici ölkələrdən Azərbaycana və Azərbaycan daxilində qapıya çatdırılması ilə məşğuldur. Ölkəxarici və ölkədaxili elektron ticarət platformalarından verilən sifarişlərin ünvana çatdırılmasını da həyata keçirən “Mover” MMC bugünə qədər yarım milyondan çox bağlamanı Azərbaycanın müxtəlif bölgələrindəki müştərilərinə təhvil verib.

Mover MMC hazırda müştərilərinə elektron ticarət logistikası, anbar, havayolu karqo, dəniz daşımaçılığı, tarixi və sənət əsərlərinin, təhlükəli maddələrin və temperatur həssaslığı olan bağlamaların daşınması, qapıda təslim, onboard, alış-veriş köməkçisi və çarter xidmətlərini təklif edir.

Mover MMC eyni zamanda yazışmalar, işgüzar sənədlər, şəkillər, bədii açıqcalar, reklam-məlumat çap materialları, sxemlər və əlyazmaların, həmçinin, dövri çap və poliqrafiya məhsulları kimi poçt daşımalarına daxil olan hər cür yüklərin göndərilməsini də həyata keçirir.

Beynəlxalq Hava Nəqliyyatı Asossiasiyasının (İATA) Azərbaycandakı yeganə üzvü olan Mover MMC beynəlxalq aləmdə də özünəməxsus yerə sahibdir. Azərbaycanın 40-a yaxın şəhər və rayonunda 7 ofis və 50-dən çox Mover Məntəqələrinə sahib olan Mover MMC ölkədə bu sahədə ən böyük şəbəkəyə sahibdir və gündən günə böyüyür. Məqsədimiz ölkənin hər bir nöqtəsindəki müştərilər üçün əlçatan olmaq və onların məmnuniyyətini qazanmaqdır.

Mover.az əlaqə

Bakı anbarı
[email protected]
*9009
Füzuli küçəsi 65, Fransız institutunun yanı

Əhmədli anbarı
[email protected]
*9009
Məhəmməd Hadi 130A ( Əhmədli metrosu, Coffemania ilə üz bə üz)

Sumqayıt anbarı
[email protected]
*9009
H.Əliyev 5/81 45-ci məhəllə (Tarix muzeyi ilə üzbəüz)

Gəncə anbarı
[email protected]
*9009
Heydər Əliyev prospekti 639B

Necə sifariş edim?

Mover.az saytında qeydiyyatdan keçməklə bizim xaricdəki ofisimizin ünvanını əldə edirsiniz. Bundan sonra Türkiyə, ABŞ və BƏƏ-dəki onlayn alış-veriş saytlarından sifariş edərkən ünvan hissəsində bizim saytımızdan əldə etdiyiniz ünvanı qeyd edib, sifarişinizi tamamlayırsınız. Satıcı firma sifarişinizi Mover`in xaricdəki anbarına çatdırır. Biz satıcı firmadan təhvil aldığımız bağlamanızı Azərbaycana gətirir, istəyinizə uyğun olaraq, ünvanınıza çatdırırıq.

Sifarişim neçə günə çatdırılır ?

Çatdırılma müddəti sifariş verdiyiniz saytdan asılıdır. Satıcı firmalarda çatdırılma müddəti 3-7 gün olur. Həftəsonları və rəsmi bayram günləri çatdırılma müddətini uzada bilər. Satıcı firma sifarişinizi Mover`in xaricdəki anbarına çatdırdıqdan sonra ən gec 3 gün ərzində bağlamalarınız Azərbaycanda olur.

Mover.az xaricdəki ünvanını

Xaricdəki ünvanlarımızı əldə etmək üçün Mover.az saytında qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçdiyiniz mail ünvanı və şifrənizi yazaraq sistemə daxil olduqdan sonra xaricdəki ünvanlarımız görünəcək.

Çatdırılma qiymeti necə hesablanır?

Sifariş olunan bağlamanın çatdırılma haqqı çəkiyə görə hesablanır. Ölçüsü 1 metrdən böyük olan bağlamaların çatdırılma haqqı həcmi çəkiyə görə hesablanır. Həcmi çəkinin hesablanması üçün en*hündürlük*uzunluq/6000 standartı tətbiq edilir.

İş günləri və saatları?

Bazar günləri istisna olmaqla həftə içi hər gün :
Müştəri xidmətləri: 10:00 – 20:00
Çağrı mərkəzi: 10:00 – 00:00
“Sifariş et” xidməti: 10:00 – 23:30
Bağlamaların təhvili: 10:00 – 00:00

Qarşısında "Demo data" yazılmış qrafiklər toplanmış dataların azlığı səbəbi ilə hazırda aktiv edilməmişdir. Demo datalardakı grafiklərdə ölçümlər demo olaraq mövcuddur və doğru deyil.

Şirkətin reytinqi

  • Şikayətləri həll etmə fazi ( Demo data )

    0%

2022 Şikayət sayı

  • Dekabr: 14
  • Yanvar: 9
  • Fevral: 7
  • Mart: 2
  • Aprel: 7
  • May: 3
  • İyun: 0
  • İyul: 3
  • Avqust: 7
  • Sentyabr: 3
  • Oktyabr: 5
  • Noyabr: 2
  • 2022 Təşəkkür sayı

  • Dekabr: 0
  • Yanvar: 2
  • Fevral: 0
  • Mart: 0
  • Aprel: 0
  • May: 0
  • İyun: 0
  • İyul: 0
  • Avqust: 0
  • Sentyabr: 0
  • Oktyabr: 0
  • Noyabr: 1
  • Şikayət sayı

    62

    Təşəkkür sayı

    3

    Bu günə qədər yazılan şikayət sayı

    69

    Oxşar şirkətlər