Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
granmart

Mover az

Müqayisə et

62 şikayət 3 təşəkkür

9009
www.mover.az

Salam, mover.az populyar olduğu üçün və imicini qoruyan şirkət kimi düşündüyümə görə onların saytından qeydiyyatdan keçərək Türkiyədə aldığım ayaqqabımı bu şirkət vasitəsi ilə çatdırmaq istədim. Onu nəzərə çatdırım ki sifariş forması elə qurulub ki xidmət paketi seçimi standart olaraq “Premium”…

Salam mən mover.az ilə idman geyimi və kostyum sifariş etmişdim. Kostyum gömrük rüsumuna düşmüşdü və 15.12.2020-ci il tarixində 87.67 AZN rüsumu ödəmişəm. Sonra mallarım Sumqayıt anbarına çatanda gedib götürmək istəyəndə məndən gömrük rüsumunu ödəməyimi istədilər. Bildirdimki rüsumu ödəmişəm şirkətin işciləri…

3 aydır sifarişim xarici anbardadır. Batareykalı məhsuldu deyə gecikmə var yazırlar. Mən moveri hara şikayət edə bilərəm artıq pulumu geri almaa istəyirəm.

21 Aprel 2021
0

Mən mover.aza gire bilmirem giriş etdikde yazırki asan logine giriş et necə edim?

16 Aprel 2021
0

Moverden keçən ayin 10 u aldigim mehsul 1 aydan coxdur gelib cixmayib. Musteri xidmetleri berbat keyfiyyet zeyif.

09 Aprel 2021
0

Bir bağlamanı düz 3 aya çatdırıblar, bircə bağlamaya görə düz 24manat daşıma haqqı gəlib hansı ki bağlamanın öz qiyməti daha ucuzdur. Bunlar bir yana, qəti şəkildə əlaqə saxlamaq olmur, nə zənglərə cavab verirlər, nə mesajlara, nə də saytları normal işləyir….

19 Mart 2021
0

Salam cox xais edirem komek edin men baglamalarimi Beyan ede bilmirem yazir izleme kodu duz deyil dasiyici sirkete muraciet edin musteri kodum 262867.

20 Fevral 2021
1

Əgər siz xaricdən nəsə sifariş vermək istəyirsinizsə qəti bu şirkətə güvənməyin və xidmətlərindən yararlanmayın. Saytlarında 1-7 gün ərzində çatdırılma qeyd olunsa da, ortalama 1 aya gətirib çıxarırlar. Halbuki, eyni müddətə adi dövlət poçtu da gətirib çıxarır, özü də qəpik quruşa….

09 Fevral 2021
0

4 sifaris verib legv etmisem. 215 tl pul cixib kartimdan. Ancag mover az saytinda 2 sofarisin legv olunmasi gosterilir. Derdimizi kime deyey biz. Menim pulumun nie tam hissesini geri vermirler.

08 Fevral 2021
0

165365, 5 gündür adamı nə yerinə qoyursuz? kuryer hanı? kuryer niyə mənim bağlamamla şəhərdə gəzməlidi?evinə aparır onu?bu nə şirkətdi? limakla sifariş verən rəfiqəm eyni şeyi iki həftə əvvəl aldı, siz ama 5 gündü bakıda bağlamanı gətirib çıxarmırsız. özünə hörmət edən…

06 Fevral 2021
0

Mover.az

“Mover” MMC express logistika şirkətidir. 2015-ci ildən bəri Azərbaycan bazarında fəaliyyət göstərən şirkət bu günə qədər 60 mindən çox fiziki şəxsin 3 milyondan artıq yükünü müxtəlif xarici ölkələrdən Azərbaycana gətirib, o cümlədən ölkə daxilindəki ünvanlara əldən təslim edib.

Şirkət Azərbaycan qanunvericiliyi ilə qadağan edilməmiş hər növ yüklərin xarici ölkələrdən Azərbaycana və Azərbaycan daxilində qapıya çatdırılması ilə məşğuldur. Ölkəxarici və ölkədaxili elektron ticarət platformalarından verilən sifarişlərin ünvana çatdırılmasını da həyata keçirən “Mover” MMC bugünə qədər yarım milyondan çox bağlamanı Azərbaycanın müxtəlif bölgələrindəki müştərilərinə təhvil verib.

Mover MMC hazırda müştərilərinə elektron ticarət logistikası, anbar, havayolu karqo, dəniz daşımaçılığı, tarixi və sənət əsərlərinin, təhlükəli maddələrin və temperatur həssaslığı olan bağlamaların daşınması, qapıda təslim, onboard, alış-veriş köməkçisi və çarter xidmətlərini təklif edir.

Mover MMC eyni zamanda yazışmalar, işgüzar sənədlər, şəkillər, bədii açıqcalar, reklam-məlumat çap materialları, sxemlər və əlyazmaların, həmçinin, dövri çap və poliqrafiya məhsulları kimi poçt daşımalarına daxil olan hər cür yüklərin göndərilməsini də həyata keçirir.

Beynəlxalq Hava Nəqliyyatı Asossiasiyasının (İATA) Azərbaycandakı yeganə üzvü olan Mover MMC beynəlxalq aləmdə də özünəməxsus yerə sahibdir. Azərbaycanın 40-a yaxın şəhər və rayonunda 7 ofis və 50-dən çox Mover Məntəqələrinə sahib olan Mover MMC ölkədə bu sahədə ən böyük şəbəkəyə sahibdir və gündən günə böyüyür. Məqsədimiz ölkənin hər bir nöqtəsindəki müştərilər üçün əlçatan olmaq və onların məmnuniyyətini qazanmaqdır.

Mover.az əlaqə

Bakı anbarı
[email protected]
*9009
Füzuli küçəsi 65, Fransız institutunun yanı

Əhmədli anbarı
[email protected]
*9009
Məhəmməd Hadi 130A ( Əhmədli metrosu, Coffemania ilə üz bə üz)

Sumqayıt anbarı
[email protected]
*9009
H.Əliyev 5/81 45-ci məhəllə (Tarix muzeyi ilə üzbəüz)

Gəncə anbarı
[email protected]
*9009
Heydər Əliyev prospekti 639B

Necə sifariş edim?

Mover.az saytında qeydiyyatdan keçməklə bizim xaricdəki ofisimizin ünvanını əldə edirsiniz. Bundan sonra Türkiyə, ABŞ və BƏƏ-dəki onlayn alış-veriş saytlarından sifariş edərkən ünvan hissəsində bizim saytımızdan əldə etdiyiniz ünvanı qeyd edib, sifarişinizi tamamlayırsınız. Satıcı firma sifarişinizi Mover`in xaricdəki anbarına çatdırır. Biz satıcı firmadan təhvil aldığımız bağlamanızı Azərbaycana gətirir, istəyinizə uyğun olaraq, ünvanınıza çatdırırıq.

Sifarişim neçə günə çatdırılır ?

Çatdırılma müddəti sifariş verdiyiniz saytdan asılıdır. Satıcı firmalarda çatdırılma müddəti 3-7 gün olur. Həftəsonları və rəsmi bayram günləri çatdırılma müddətini uzada bilər. Satıcı firma sifarişinizi Mover`in xaricdəki anbarına çatdırdıqdan sonra ən gec 3 gün ərzində bağlamalarınız Azərbaycanda olur.

Mover.az xaricdəki ünvanını

Xaricdəki ünvanlarımızı əldə etmək üçün Mover.az saytında qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçdiyiniz mail ünvanı və şifrənizi yazaraq sistemə daxil olduqdan sonra xaricdəki ünvanlarımız görünəcək.

Çatdırılma qiymeti necə hesablanır?

Sifariş olunan bağlamanın çatdırılma haqqı çəkiyə görə hesablanır. Ölçüsü 1 metrdən böyük olan bağlamaların çatdırılma haqqı həcmi çəkiyə görə hesablanır. Həcmi çəkinin hesablanması üçün en*hündürlük*uzunluq/6000 standartı tətbiq edilir.

İş günləri və saatları?

Bazar günləri istisna olmaqla həftə içi hər gün :
Müştəri xidmətləri: 10:00 – 20:00
Çağrı mərkəzi: 10:00 – 00:00
“Sifariş et” xidməti: 10:00 – 23:30
Bağlamaların təhvili: 10:00 – 00:00

Qarşısında "Demo data" yazılmış qrafiklər toplanmış dataların azlığı səbəbi ilə hazırda aktiv edilməmişdir. Demo datalardakı grafiklərdə ölçümlər demo olaraq mövcuddur və doğru deyil.

Şirkətin reytinqi

  • Şikayətləri həll etmə fazi ( Demo data )

    0%

2022 Şikayət sayı

  • Dekabr: 14
  • Yanvar: 9
  • Fevral: 7
  • Mart: 2
  • Aprel: 7
  • May: 3
  • İyun: 0
  • İyul: 3
  • Avqust: 7
  • Sentyabr: 3
  • Oktyabr: 5
  • Noyabr: 2
  • 2022 Təşəkkür sayı

  • Dekabr: 0
  • Yanvar: 2
  • Fevral: 0
  • Mart: 0
  • Aprel: 0
  • May: 0
  • İyun: 0
  • İyul: 0
  • Avqust: 0
  • Sentyabr: 0
  • Oktyabr: 0
  • Noyabr: 1
  • Şikayət sayı

    62

    Təşəkkür sayı

    3

    Bu günə qədər yazılan şikayət sayı

    69

    Oxşar şirkətlər