Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu

Şikayətci: Cəmilə Ə.

Şikayət sebebi:

logo.png

Bakı Nəqliyyat Agentliyi Hüquqlarımızı tələb edək

Ünvan

 AZ1029, Bakı şəhəri, Ziya Bünyadov prospekti 111

Telefon

 (012) 404 41 20

Fax

 (012) 404 41 27

Email

 [email protected]

BNA – Şəkillər qanuna zidd olaraq quraşdırırmış kamera vasitəsi ilə çəkilib

Dayanma durmaya görə cərimə almışam. Şəkillər qanuna zidd olaraq quraşdırırmış kamera vasitəsi ilə çəkilib. Həmçinin mən düz maşının yanında idim. Şikayət mətnimi təqdim edirəm: Bu qərarla qəti şəkildə razı deyiləm! Azərbaycan Respublikasının İnzibati xətalar məcəlləsində İnzibati xətalar haqqında işlər üzrə icraatın aparılması qaydasına görə 124.5 maddəsində qeyd olunduğumu kimi "inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda" - mən isə şəkildə də göründüyü kimi düz nəqaliyyat vasitəsimin yanında olmuşam. Həmçinin həmin maddədə "İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə " tərtib olunmalıdır. Siz isə təqdim etdiyiniz şəkillər kamera vasitasilə aparılıb. 124.6 maddəsinə görə "İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə" qoyulmalıdır, mənim nəqliyyat vasitəmə isə heç bir qərar ön şüşəmə qoyulmayıb. XAHİŞ EDİRƏM ki, BNA 2203099 nömrəli protokol ləğv edilsin! Bu şikayətimə BNA-dan cavab: Nəzərinizə çatdırırıq ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 346.2-ci maddələri üzrə inzibati icraat İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsi ilə deyil, 124.5-ci və 124.6-cı maddələri əsasında aparılır. Həmin norma isə inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildiyi halda inzibati icraatın aparılması qaydasını tənzimləyir. Onu da bildiririk ki, Dayanma və durma qaydalarının pozulması halları Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunmuş planşetlər, yollara quraşdırılmış stasionar kameralar və “Ipatrul” (Mobil IPCS) nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsi ilə səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərək tərtib edilir. Bu məsələ ölkə başçısının 06.07.2018-ci il tarixli, 181 nömrəli Fərmanı ilə tənzimlənir. Sizin müraciətiniz araşdırılarkən müvafiq foto görüntülərə baxılaraq inzibati xəta hadisələrinin mövcud olduğu təsdiqini tapmışdır. Tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarların ləğv edilməsi və ya dəyişdirilməsi üçün İXM-in 135.1-ci maddəsində göstərilən hər hansı əsas mövcud olmadığına görə müraciətiniz təmin edilməmişdir.

DİQQƏT DİQQƏT !!!!

Qumar, mərc, kazi̇no saytı və ya qumar mobi̇l programlari və ya buna bənzər whatsapp , teleqram qrup və ya kanallardan uzaq olun !!! Əziz Azərbaycan xalqı bu işlərdən sizə nəzərən daha çox məlumatı olan biri olaraq deyirəm. Bütüm lotoreyya, qumar və kazino oyunların tək məqsədi SIZIN PULUNUZU ALMAQDIR , SIZƏ PUL QAZANDIRMAQ YOX. İnanilmaz miqdarda ferqli ferqi internet ortamlarından şikayətlər alırıq və bunların hamisini yayımlamaq imkanımız olmur. Bu cür saytlara bank kartinizi məlumatlarını yazmayın. Whatsapp, Teleqram ve ya diger sosyal sebeke quruplarinda 10 manat verin 100 manat olaraq size qaytaraq deyenlere inanmayin. Bu qeder cahil aldanmaqa meyilli olmayin !!! Yaxin dostlarini və etrafinizdaki insanlari bu kimi şeylerdən çəkindirin. 

Express Your Reaction
Like
Love
Haha
Wow
Sad
Angry

Bəs sizcə kim haqlıdır ?

Bildirşlərə abunə ol
Bildirş
0 Şərh
Inline Feedbacks
View all comments

haqqında digər şikayətlər

10 nömreli surrücüsü adını bilmirem.avtobus nömresi JA 956 çox kobut refterdadı.Sesini yükseldir qışqırır.2 usaqımla mindik avtobusa ikimizin yerime vurdum odeniş haqqını.1 usaqın yerine vurmadım.Çox terbiyesizce ustüme qışqırdı.gözel dilde deseydi niye vurmayım.mende gereken cavabla layıq olduğu şekilde cavabımı verdim.Çox medeniyyetsiz şexsti.bele…

05 İyul 2024
0

Salam 26.06.2024 tarixində axşam saat 23:00-00:00 aralığında Qaradağ rayonu Lökbatan dairəsindən 20 metr şəhər istiqamətinə gedən yolda avtomobilim texniki nasazlığ səbəbindən yol kənarında xoddan sönmüşdür və bu zaman BNA tərəfindən dayanma durmaya görə 20 azn cərimə gəlmişdir.Avtomobilimi evakuasiya avtomobili vasitəsi…

01 İyul 2024
0

Hər dəfə gediş haqqının qiymətini qaldırırsınız, millət susur heçnə demir. Bir manat gediş gəliş olar? Minimal əmək haqqı ölkədə 300 manatdı, onun 30 manatını ( minimum ) insanlar nəqliyyata xərcləməlidir? Xalqımız boykot etməlidir ki, səsimiz eşidilsin.

30 İyun 2024
0

Yazıb sizə bildirmək istəyirəm ki,10ZZ779 Əhədli Zaur Nurəddin oğlu. Mənə ayın 05.06.2024 ci il üçün EQ21565017 nömrəli patakol əsassız yerə yazılmışdır. Mənim sms radar tətbiqimdə bu cəriməni görən kimi 902 , 102 qaynar xətlərinə şikayət etmişəm. Həmən hadisə Polis əməkdaşlarını…

30 İyun 2024
0

Daha çox görmək üçün daxil ol

Bəs sizcə kim haqlıdır ?

Şikayət sebebi:

Şikayətci: Cəmilə Ə.

Şikayət olunan:

Yayımlandı: Aprel 7, 2022

Redakte edildi: May 1, 2022