ÜNVAN
Bakı şəhəri, Səbail rayonu,
Üzeyir Hacıbəyov küçəsi, 84 Hökumət Evi, 7-ci qapı
TELEFON
(+99412) 5997600
(+99412) 5997682/83
FAKS
(+99412) 4972408
E_MAIL
[email protected]
VEB-SAYT
https://www.competition.gov.az
INDEKS
AZ1000
Bir müddətdir Bakcell nömrəmdən istifadə etmirdim, çünki bu şirkətin müştəriləri necə aldatdığı hamıya məlumdur. Ancaq dünən "60 GB internet 10.9 AZN" təklifi ilə bağlı SMS aldım və bu fürsətdən yararlanmağa qərar verdim. Səhəri gün nömrəmə 11 AZN balans əlavə etdim və aktivləşdirmək üçün zəng etdim. Cavab olaraq nömrənin aktiv olmadığını və açılmasının vaxt aparacağını dedilər. Normal qarşılayıb gözləməyə qərar verdim. Ancaq bu vaxt ərzində mənə nömrənin aktiv edilməsi ilə bağlı heç bir bildiriş gəlmədi. Bunun əvəzində, 2 saniyə keçməmiş SMS aldım ki, "Daimi Online 11" paketi aktiv edilib. Halbuki, mən bu paketi aylar əvvəl ləğv etmişdim və ümumiyyətlə Bakcell-in metroda internetinin bərbad vəziyyətdə olmasına görə ondan istifadə etmirdim. Məsələni aydınlaşdırmaq üçün Bakcell-in müştəri xidmətlərinə zəng etdim. Lakin həmişə olduğu kimi, məni 5 dəqiqə gözlətdilər və zəngə cavab vermədilər. Bu müddətdə hər dəqiqə üçün 12 qəpik tutuldu və nəticədə mən heç bir nəticə əldə etmədən boş yerə pul itirdim. Daha sonra yenidən 10.9 AZN balans yüklədim ki, 60 GB-lıq internet paketini aktiv edim. Lakin balansımda pul olmasına baxmayaraq, sistem "balansınızda kifayət qədər vəsait yoxdur" bildirişi verdi. Bakcell tətbiqi isə tamamilə yararsızdır – nə balansı düzgün göstərir, nə də əməliyyatları izləməyə imkan verir. Üstəlik, SMS-lərə baxarkən mənim xəbərim və razılığım olmadan hər ay balansımdan 67 qəpik çıxarıldığını gördüm. Siz mənim icazəmi almadan balansımdan niyə pul çıxarırsınız? Bu, tamamilə qanunsuz və oğurluqdur! Bakcell-in bu özbaşınalığı mütləq araşdırılmalı və bu şirkətə qarşı ciddi tədbirlər görülməlidir! Müştərilər şirkətə pul qazandırır, ancaq operator əlaqə saxlamaq üçün belə insanları soyur. Üstəlik, özbaşına paket aktiv edir, müştəri razılığı olmadan balansdan pul çıxarır və heç bir cavabdehlik daşımır. Bundan sonra Bakcell-in heç bir xidmətindən istifadə etməyəcəyəm və hər kəsi bu şirkətin dələduzluğuna qarşı diqqətli olmağa çağırıram! Sizdən xahiş edirəm ki, bu məsələni ictimailəşdirəsiniz və aidiyyəti qurumlara yönləndirəsiniz. Müştərilərin haqqını yeyən, insanları aldadaraq pul qazanan bir şirkətin cəzasız qalması yolverilməzdir!
Qumar, mərc, kazi̇no saytı və ya qumar mobi̇l programlari və ya buna bənzər whatsapp , teleqram qrup və ya kanallardan uzaq olun !!! Əziz Azərbaycan xalqı bu işlərdən sizə nəzərən daha çox məlumatı olan biri olaraq deyirəm. Bütüm lotoreyya, qumar və kazino oyunların tək məqsədi SIZIN PULUNUZU ALMAQDIR , SIZƏ PUL QAZANDIRMAQ YOX. İnanilmaz miqdarda ferqli ferqi internet ortamlarından şikayətlər alırıq və bunların hamisini yayımlamaq imkanımız olmur. Bu cür saytlara bank kartinizi məlumatlarını yazmayın. Whatsapp, Teleqram ve ya diger sosyal sebeke quruplarinda 10 manat verin 100 manat olaraq size qaytaraq deyenlere inanmayin. Bu qeder cahil aldanmaqa meyilli olmayin !!! Yaxin dostlarini və etrafinizdaki insanlari bu kimi şeylerdən çəkindirin.