Suche
Generic filters
Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu

Şikayət sebebi:

Şikayətci: Tural Azər

Şikayət olunan:

Baxış sayı: 125

Publihed: Avqust 5, 2019

Modifed: Sentyabr 17, 2021

Comments: No Comments

ID: 2290

*9111 taksi şirkətinin və onun işçilərinin əsl simasını görə bilərsiniz.

Salam. Bu şikayətim biraz uzun ola bilər, amma, oxuyub *9111 taksi şirkətinin və onun işçilərinin əsl simasını görə bilərsiniz.

Deməli şikayətim yarıtmaz, dələduz, saxtakar Ekonom Taksi şirkətindən, onun müştəri ilə danışıq qabiliyyəti olmayan operatorlarından və elə həmin şirkətin işçisinə təlimat verə bilməyən rəhbərliyindəndir.

31.07.2019-cu il tarixində, təxminən axşam saat 23:00 radələrində həmin saxtakar şirkətin proqramından Nabrana taksi sifarişi verdim, qiyməti 53 manat göstərdi. Taksini 01.08.2019-cu il, yəni bu gün səhər saat 09:00-a sifariş etmişdim. OK, əla, üzərindən 5 dəqiqə keçməmişdi, özünü əvvəlcə taksi sürücüsü kimi təqdim edən bir nəfər zəng etdi, çox mədəni, çox gözəl şəkildə danışaraq, sabah proqramda göstərilən taksinin deyil, başqa, daha yaxşı bir avtomobilin gələcəyini bildirdi, fikrimin dəqiqliyini soruşdu, bir də qiymətin dəyişə biləcəyini bildirdi. (kondisionerə görə). Bu da OK, çünki orada 53 manat göstərilməsinə baxmayaraq 60 manat ödəyəcəyimizi nəzərdə tutmuşdum. Mən bu yarıtmazlara arxayın olub, yatdım, səhər oyandığımda proqrama girdim, baxdım ki, avtomobil dəyişib, KİA Optima təyin olunub. Axşam danışdığım adama 6 dəfə zəng etməyimə baxmayaraq telefona cavab verilmədi. Bu da OK hər şey superdi, cavab verməyib, digəri təyin olunub yəqin, elə düşündüm. Bu səfər yeni təyin olunan sürücü ilə əlaqə saxlamağa çalışdım, dəfələrlə cəhd etməyimə baxmayaraq bu da uğursuz oldu. Operatora zəng edib bildirdim, onlar sürücüylə calaşdırmağa çalışdılar yenə də uğursuz oldu, həmin maşını ləğv edib yenisini təyin etməklərini istədim, bu səfər Daewo Gentra təyin olundu. Mən taksiylə əlaqə saxlamağa çalışdıqda, ikinci xəttə dələduz şirkətin, tərbiyədən kənar operatoru zəng etdi, açdım, başladı mənə əməllicə Məlikməmmədin nağılını danışmağa. Qiymətin orada düzgün göstərilmədiyini, rayona ancaq komfort sifariş qəbul etdiklərini bildirir, qiymətin isə minimum 66 Azn olacağını deyirdi, özüdə çox kobud şəkildə, hansı ki, danışıqlarımız qalır məndə və müştəri ilə necə danışmaq lazım olduğunu onlara rəhbərləri başa sala bilməsə belə mən başa salcağam. Komfort deyib təyin etdikləri taksi isə elə Daewo Gentra idi. Söhbətin çox uzandığını və həmin operatorun tərbiyəsizliyini görüb, telefonu üzünə söndürdüm. Ardınca isə başqa operator zəng edib, bu səfər ondan daha mədəniyyətsiz, ondan daha kobud şəkildə, bizdə belədir deyə fikrini bildirdi. Dəfələrlə adını soruşmağıma baxmayaraq, adını deməkdən boyun qaçırdı və şərti olaraq mən operator ikiyəm dedi. Bu isə daha bir qanunsuzluq, daha bir rüsvayçılıq idi. Bitdimi? Xeyr əlbəttə. Saat 08:30, dünən gecədən mənə təyin olunan taksidən xəbər yoxdur, operatoru başa salmaq olmur. 09:00-da yola çıxılmalıdır, lakin hələ də mən bunlarla mübahisə edirəm, mənim haqqıma girdiklərini və təcili şəkildə mənə təyin olunan taksini göndərməli olduqlarını, qiymətin isə 1 qəpik belə dəyişməməli olduğunu başa salmağa çalışıram. Bu zaman kəsiyində isə artıq məni proqramlarında bloklamışdılar. Yarıtmaz işçi, saxtakar, qudurmuş şirkət olduğunu anlayıb, telefonu söndürdüm və digər X bir şirkətin proqramından taksi sifariş etdim, 2 dəqiqə keçmədən taksi təyin olundu, tam 09:00 da ünvanda oldu, çox rahat, çox mədənidə sürücü idi. Nəisə bu qədər stress və əsəb gərginliyinin ardından gedəsi adamları uğurladım, getdilər. İnanmayacaqsınız, amma, ardı var, lakin yazmayacam. Əgər ehtiyyac olacaqsa bunu hüquqi müstəvidə həll edəcəyəm. Hələki bu qədər yazdığım kifayətdir. Sonda isə onu demək istəyirəm ki, siz siz olun nə badə Ekonom Taksi yəni *9111 xidmətindən istifadə etməyin.

Express Your Reaction
Like
Love
Haha
Wow
Sad
Angry

Bəs sizcə kim haqlıdır ?

0
0

Bildirşlərə abunə ol
Bildirş
0 Şərh
Inline Feedbacks
View all comments

haqqında digər şikayətlər


10OV772 pejo markali taksi 11 iyun tarixde Bulbule erazisinde menim masinimi bardyura sixaraq tehlukeli qeza veziyyeti yaratmisdir. Bele suruculerin olmasi sizin imidjinize zererdir..forumlarda bu barede yazacam

0
0

06-11-2020
1


Dunen toya gedirdim, qizgin vaxt oldugu uchun taksi tapmaq olmurdu. Esasen *9111-den istifade edirem ve raziyam, amma charesiz qalib bashqa taksi shirketlerine de zeng etmeye cehd etdim ve nehayet *9933 ile taksi sifarish ede bildim – taksi teyin olunmasi barede…

0
0

11-03-2019
0


*9933 sirketinin bize gonderdiyi taksinin xeberi bele yoxdurki sirket onu musteriye yoneldib. 15 deq gozledikden sonra zeng edirsen verilmis taksi nomresine, taksi deyir men basqa yerdeyem mene ele sifaris gelmeyib. Bu hal sadece 1 defe olmayib, defelerle!. Herkesin vaxti deyerlidi,…

0
9+
avataravataravataravataravataravataravataravatar

07-07-2021
1


Salam. Bu şikayətim biraz uzun ola bilər, amma, oxuyub *9111 taksi şirkətinin və onun işçilərinin əsl simasını görə bilərsiniz. Deməli şikayətim yarıtmaz, dələduz, saxtakar Ekonom Taksi şirkətindən, onun müştəri ilə danışıq qabiliyyəti olmayan operatorlarından və elə həmin şirkətin işçisinə təlimat verə bilməyən…

0
0

08-05-2019
0

Daha çox görmək üçün daxil ol

1

Bəs sizcə kim haqlıdır ?

0
0

Şikayət sebebi:

Şikayətci: Tural Azər

Şikayət olunan:

Baxış sayı:

Yayımlandı: Avqust 5, 2019

Redakte edildi: Sentyabr 17, 2021

Şərhlər: No Comments

ID: 2290

Scroll to Top