189 nömrəli avtobus 25-30 dəqiqədən bir gəlir. Bu avtobus həmin xətt ilə hərəkət edən yeganə avtobusdur. Yəni Bakı ətrafı kəndlərə ən azı 2-3 avtobus gedib-gəlir, amma Nardarana ancaq 189 nömrəli avtobus işləyir. Avtobuslar arasındakı intervalın böyük olması mənim və digər sərnişinlərin narahatlığına səbəb olur. Avtobuslar gec-gec gəldiyinə görə sərnişin sıxlığı yaranır. Uzun məsafəni ayaq üstə, basırıq şəkildə qalmaq mənə və digər sərnişinlərə çox əziyyət verir. Hər dayanacaqda oturacağın olmaması da ayağı xəstə olan insanlara uzun müddət avtobus gözləyərkən çox əziyyət verir. İşə, dərsə və s. yerlərə hər gün gedərkən çox əziyyət çəkirik və əsəb keçiririk. Xahiş edirik ki intervalı 10-15 dəqiqə edəsiz.